Midraş

Midraş (ivr. מדרש; əsasən midraşim) — İudaizmdə olan müqəddəs mətnlərin həftəlik keçirilən sinaqoq yığıncaqlarında oxunması və dinləyicilərə dərs olaraq keçirilən və onları müşahidə edən izahlardan ibarət olan məcmuəsi.[1]
Ən məşhur midraş kitabları
[redaktə | vikimətni redaktə et]- Mexilta Derabi Şimon Bar Yoxay — Zoqarın müəllifi tərəfindən yazılmışdır.
- Mexilta Derabi Yişmael — Ravvin Yişmael tərəfindən yazılmışdır.
- Safra — Ravvin Akiva sinaqoqundan. Eramızın I əsrində yazılmışdır.
- Sifri Zuta — eramızın III əsrindən Midraş.
- Sifri Bamidbar — Saylar kitabına Midraşın şərhi. Rabbi Yişmael sinaqoqundan.
- Sifri Devarim — Qanunun təkrarı kitabına Midraş şərhi. Ravvin Akiva sinaqoqundan.
- Midraş Raba — 800 il ərzində toplanmış Tövratdakı midraş toplusu.
- Yalkut Şimoni — Eramızın I əsrinə aid midraş kolleksiyası. Orta əsrlərdə tərtib edilmişdir.
- Midraş Tanxuma — Tövratdakı nağıllar.
- Tana Devi Eliyahu — İlyas tərəfindən yazılmış 2 midraş kitabı.[2]
Ümumi təfərrüatlar
[redaktə | vikimətni redaktə et]Midraş İslam mədəniyyətində olan təfsir ilə bərabərdir. Eyni zamanda bu məqsədlə yazılmış olan kitablara da midraş deyilir. Talmud və Midraş yəhudi mədəni qaydaları, yazılı qanunlar və əfsanələrdən formalaşmışdır.[3] Danışılan hekayələrdə reallıq deyil, alınması vacib olan dərs önəmlidir;
"Midraş Rabbah"a görə, İbrahim məbəddəki ən böyük bütdən başqa hamısını sındırır. Bundan sonra atası Taruh və digər rəhbər adamlar tərəfindən sorğu-sual edilən İbrahim, suallara kinayəli bir üslubda cavab vermişdir. İbrahim bütlərin yeməsi üçün ən böyük bütə bir öküz verdiyini, ancaq kiçik bütlərin cəld tərpənib öküzü yediklərini, böyük bütün də özünə qarşı edilmiş olan hörmətsizliyə görə əsəbiləşərək digərlərini parçaladığını bildirmişdir.[4] Başqa bir hekayədə İbrahimin böyük bütə verdiyini bildirdiyi şeyin bir qab buğda unu olduğu bildirilir.[5]
Ayrıca sinaqoqlarda dini təhsil verən məktəblərə də midraş adı verilir. Türkiyədəki sinaqoqların midraş bölümləri, 1948-ci ildə İsrail dövlətinin yaranması ilə Türkiyədə yaşayan yəhudilərin adı çəkilən dövlətə köçməsi ilə yəhudi toplumun sayca azalmasına görə bağlanması zəruri olmuşdur. Midraş ilə mədrəsə sözü eyni kökdən yaranmışdır.[mənbə göstərilməlidir]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Dimitrovsky, Haim Zalman. "Talmud and Midrash". Britannika (ingilis). Sep. 12, 2026. 2013-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-02.
- ↑ "Midrash". Sefaria Library (ingilis). Archived from the original on 14 sentyabr 2026. İstifadə tarixi: 16 sentyabr 2026.
- ↑ "Talmud and Midrash". Babylon 10 (türk). 5 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2019.
- ↑ "Kur'an Tanrı Sözü müdür?". answering-islam.org (türk). 15 avqust 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2019.
- ↑ "Arxivlənmiş surət". study-islam.org (türk). 8 fevral 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2019.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Midrash Section of Chabad.org Includes a five-part series on the classic approaches to reading Midrash.
- Sacred Texts: Judaism: Tales and Maxims from the Midrash extracted and translated by Samuel Rapaport, 1908.
- Midrash—entry in historical sourcebook by Mahlon H. Smith
Vikimənbədə Midraş ilə əlaqəli mətnlər var.
- Tam mətn resursları
- Tanchuma (Hebrew)
- Abridged translations of Tanchuma in English.
- Yalkut Shimoni (Hebrew)
- English translation and Hebrew text