Məzmuna keç

Alfred Dreyfus

Vikipediya, azad ensiklopediya
Alfred Dreyfus
fr. Alfred Dreyfus
Şəxsi məlumatlar
Doğum tarixi 9 oktyabr 1859(1859-10-09)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 12 iyul 1935(1935-07-12)[2][4][…] (75 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Fransa Respublikası
Qoşun növü
Xidmət illəri 1880–1919
Rütbəsi
Döyüşlər
Təltifləri "Fəxri legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeninin cəngavər dərəcəsi 1914–1918 hərbi xaçı Médaille commémorative de la guerre 1914–1918
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alfred Dreyfus (fr. Alfred Dreyfus; 9 oktyabr 1859[1][2][…], Müluz, Fransa metropoliyası[3] – 12 iyul 1935[2][4][…], Paris[3][5]) — yəhudi mənşəli fransız zabiti, böyük siyasi əhəmiyyət daşımış Dreyfus işi prosesinin baş qəhrəmanı.

Alfred Dreyfus 1859-cu ildə Elzasda anadan olan yəhudi olmuşdur. O, Fransanın Baş Qərargahında kapitan rütbəsində çalışmışdır.

Bu proses XIX əsrin sonu XX əsrin əvvəllərində Fransa tarixində çox böyük iz buraxmış, o dövrkü Fransa cəmiyyətini "dreyfusçular"a və "antidreyfusçular"a bölmüşdür.

Emil Zolyanın L`Aurore qəzetindəki "Mən ittiham edirəm" başlıqlı məqaləsi, 13 yanvar 1898

Məşhur fransız yazıçısı Emil Zolyanın 1898-ci il yanvar ayının 13-də Parisdə nəşr olunan "L'Aurore" qəzetinin baş səhifəsində Fransa prezidenti Feliks Fora ünvanlanmış "Mən ittiham edirəm" (J'Accuse) başlıqlı məşhur məktubu dərc edildikdən sonra "Dreyfus işi" yeni mərhələyə qədəm qoymuşdur. Bu məsələ ətrafında hakim partiyalar və ordu rəhbərliyi arasında fikir ayrılıqları yaranmışdır. Dreyfusa qarşı irəli sürülən ittihamların əsassız olduğuna inananlar bu işin antisemitizm nümunəsi olduğunu iddia etmişlər.

Kapitan Dreyfus 1894-cü ilin dekabrında məhkəmə qərarı ilə hərbi xidmətdən uzaqlaşdırılaraq ömürlük həbs cəzasına məhkum edilmiş və 1895-ci ilin yanvarında cəzasını çəkmək üçün Fransa Qvianasına, paytaxt Kayennadan 11 km aralıda yerləşən Şeytan adalarına göndərilmişdir.

1899-cu ilin sentyabrında kassasiya şikayəti əsasında məhkəmə işinə yenidən baxılmış və Alfred Dreyfusun həbs cəzası 10 ilə endirilmişdir. Lakin tezliklə o, Fransa prezidenti tərəfindən əfv olunmuşdur. Buna baxmayaraq, Dreyfusun tərəfdarları onun bəraət alması üçün çalışmış və 1903-cü ilin noyabrında yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. 1906-cı ildə məhkəmənin qərarı ilə Dreyfus bəraət almış, üzərindəki bütün ittihamlar götürülmüş, ordudakı vəzifəsinə geri qaytarılmış və Fəxri Legion ordeni ilə təltif edilmişdir.

  1. 1 2 Alfred Dreyfus (fr.). // base Léonore. ministère de la Culture. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 3 4 Alfred Dreyfus (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
  3. 1 2 3 4 Georges Bischoff, Georges Foessel, Christian Baechler. Nouveau dictionnaire de biographie alsacienne (fr.). / éd. Fédération des sociétés d'histoire et d'archéologie d'Alsace. 1982. 4434 pag.
  4. 1 2 Alfred Dreyfus (xorv.). // Proleksis enciklopedija. / red. Antun Vujić. Leksikografski zavod Miroslav Krleža. 2005–2009.
  5. 1 2 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 16 oktyabr 2026).