Anabar ulusu
| Anabar ulusu | |
|---|---|
| | |
|
72°07′ şm. e. 114°21′ ş. u.HGYO |
|
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 10 dekabr 1930 |
| Sahəsi |
|
| Hündürlük | 36 m |
| Əhalisi | |
| Əhalisi |
|
|
|
|
Anabar ulusu (saxa Анаабыр улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Saskılax kəndidir.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Anabar ulusu Saxa Respublikasının şimal-qərbində, şimal enliyinin 71° ilə 76° arasında yerləşir. Ulus 55.6 min km² geniş bir ərazini tutur və respublikanın Bulun və Olenok ulusları, həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhəddir.
Böyük çayları: Anabar, Uele. Böyük gölləri: Ulaxan-Kyuel, Baqanıtta-Kyuel, Sappiya.
Tarix
[redaktə | vikimətni redaktə et]10 dekabr 1930-cu ildə Ümum-Rusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti Yakutiya Muxtar Sovet Sosialist Respublikasının tərkibində şimaldakı kiçik etnik qrupların məskunlaşdığı ərazidə, Anabar milli (Evenk) bölgəsinin (regional mərkəz Uca) qurulması qərarı alır. Qərarı Ümum-Rusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri M. İ. Kalinin imzalayır. Anabar ulusu hələ də bir milli mahal statusunu qoruyub saxlayır. 1 yanvar 2003-cü ildən etibarən Anabar ulusunda inzibati islahat aparılır. 2004-cü ilin yanvar ayında Anabar ulusu Yakutiya bələdiyyələrindən birincisi olaraq milli statusu təsdiqlənən bələdiyyələrin federal reyestrinə daxil olmasını təsdiqləyən 004393 nömrəli sertifikat alır.
Əhalisi
[redaktə | vikimətni redaktə et]- Milli tərkib
2010-cu il Ümum-Rusiya siyahıyaalmasına görə: dolğanlar — 42,39 %, evenklər — 22,74 %, saxalar — 21,59 %, evenlər — 6,43 %, ruslar — 3,71 %, ukraynalılar — 0,94 %, digər millətlərdən olanlar — 2,17 %[2].
Yerli özünü idarəetmə
[redaktə | vikimətni redaktə et]Anabar ulusu ərazisinə 2 kənd inzibati vahidliyinə ümumilikdə 3 yaşayış məntəqəsi daxildir.
Sosial sfera
[redaktə | vikimətni redaktə et]Anabar Milli Ulusun 2007-ci ilədək sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, aşağıdakı obyektlər tikiləcəkdir: Saskılax kəndində 220 yerlik orta məktəb, Saskılaxda 30 çarpayılıq bir xəstəxana kompleksi, Saskılaxda 300 yerlik bir sosial və mədəniyyət mərkəzi, Uryunq-Xaya kəndində mədəniyyət və idman kompleksi, Saskılaxda 4000 tonluq bir neft anbarı, Saskılax və Uryunq-Xaya kəndlərindəki veteranlar üçün yaşayış binaları, fərdi yaşayış binaları, Uryunq-Xaya kəndində 2 avtomobil üçün yanğınsöndürmə binası. Yuxarıda göstərilən obyektlərdən Saskılaxdakı bir sosial-mədəni mərkəz və veteranlar üçün yaşayış evləri 2004-cü ildə istismara verilmişdir: Saskılaxda altı mənzil, Uryunq-Xayada iki mənzil. Bundan əlavı 2004-cü ildə sənaye və sosial təyinatlı yeni obyektlər tikilərək istifadəyə verildi: 2400 kilovoltluq modul tipli dizel elektrik stansiyası, hamam və camaşırxana kompleksi, Saskılaxda yeni qazanxana, Uryunq-Xaya və Saskılaxda iki yanacaqdoldurma məntəqəsi.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2025 года (rus.). Москва: Федеральная служба государственной статистики. 25 aprel 2025.
- ↑ "Перепись населения 2010". 9 oktyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2018.. Росстат.