Məzmuna keç

Anafora

Vikipediya, azad ensiklopediya

Anafora (yun. "anaphora" - təkrir) — şeirdə misraların, nəsrdə isə cümlələrin əvvəlində eyni söz və ifadənin təkrarı yolu ilə yaranan bədii ifadə vasitəsidir. Yaraman tərzinə görə ədəbiyyatımızda fonetik, leksik və sintaktik anaforaya tez-tez təsadüf edilir. Səməd Vurğun poeziyasından gətirdiyimiz aşağıdakı nümunə leksik anaforaya aiddir.[1]

Sintaktik anafora söz birləşmələrinin və ya cümlələrin təkrarlanmasıdır[2]. Məsələn: "Mən düşmənəm sizin qan içində üzən təxtü-tacınıza! Mən düşmənəm sizin insan əti yeyən ikibaşlı qartalınıza! Mən düşmənəm sizin süngü və pulemyot üstündə duran hökmdarlığınıza!" (Cəfər Cabbarlı).

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. ↑ Məktəblinin ədəbiyyat lüğəti. bakı. 2007. s. 11
  2. ↑ Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti - anafora. İstifadə tarixi: 3 aprel 2026.