Məzmuna keç

Angela Merkel

Vikipediya, azad ensiklopediya
Angela Merkel
alm. Angela Merkel‎[1][2]
22 noyabr 2005 – 8 dekabr 2021
ƏvvəlkiGerhard Şröder
SonrakıOlaf Şolts
7 noyabr 1998 – 10 aprel 2000
ƏvvəlkiPeter Hintze[d]
SonrakıRuprecht Polenz[d]
10 aprel 2000 – 7 dekabr 2018
ƏvvəlkiWolfgang Schäuble[d]
SonrakıAnnegret Kramp-Karrenbauer[d]
1 yanvar 2007 – 30 iyun 2007
ƏvvəlkiMatti Vanhanen[d]
SonrakıXose Sokrates[d]
Bundestaqın XDİ/XSİ fraksiyasının sədri
24 sentyabr 2002 – 21 noyabr 2005
ƏvvəlkiFridrix Merts
SonrakıVolker Kauder[d]
XDİ Meklenburq-Qərbi Pomeraniya Partiyasının sədri
1993 – 2000
ƏvvəlkiGünther Krause[d]
SonrakıSteffie Sşnor[d]
18 yanvar 1991 – 17 noyabr 1994
ƏvvəlkiHannelore Rönsch[d]
SonrakıClaudia Nolte[d]
20 dekabr 1990 – 26 oktyabr 2021
Şəxsi məlumatlar
Doğum tarixi 17 iyul 1954(1954-07-17)[3][4][…] (72 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, fizik
Atası Horst Kasner[d][8][2]
Anası Hörlind Kasner[d][8][2]
Həyat yoldaşları
  • Ulrix Merkel[d] (1977–1982),
  • Yoaxim Sauer[d] (1998-ci ildən)[10]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, nəzəri kimya[d], analitik kimya, fizika
Elmi dərəcəsi
  • təbiət elmləri doktoru[d]

Təltifləri Grand Cross special issue of the Order of Merit of the Federal Republic of Germany, special issue — 2023 Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük xaçı — 2008 "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandor xaçı — 1996 "Niderland şiri" ordeninin böyük cəngavər xaçı — 2021 Grand Cross of the Order of Merit of the Grand Duchy of Luxembourg Grand Cordon of the Order of Leopold — 2021 Prezidentin "Azadlıq" medalı — 2011 "Fəxri legion" ordeninin böyük xaçı — 2021 "Respublika" ordeni — 2015 Distinguished Member of the European Order of Merit — 2026 Order of the Cross of Terra Mariana, 1st Class — 2021 Grand Cross of Royal Norwegian Order of Merit — 2007 "Üç ulduz" ordeni — 2019 "Azadlıq" ordeni — 2021 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni — 2019 Decoration for Exceptional Merits — 2021 "Stara Planina" ordeni "Böyük Vitautas" ordeni — 2017 "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı — 2006 "Avstriya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük fəxri xaçı — 2015 "Şahzadə Henri" ordeninin böyük boyunbağısı — 2021 "Şahzadə Henri" ordeninin böyük boyunbağısı Grand Cross of the Order of Prince Henry — 2009 Supreme Order of the Renaissance — 2021 "Peru günəşi" ordeninin böyük xaçı — 2008 Collar of the Order of Abdul Aziz Al Saud "Zeyd" ordeni Prezident medalı — 2014 Bavarian Order of Merit — 2023
Charlemagne Prize — 2008
İmzanın şəkli
buero-bundeskanzlerin-ad.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Angela Merkel (alm. Angela Dorothea Merkel‎; 17 iyul 1954[3][4][…], Hamburq[5]) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır.[11]

Merkel Qərbi Almaniyanın Hamburq şəhərində anadan olub. O, hələ körpə ikən ailəsi Şərqi Almaniyaya köçüb. Şərqi Almaniyada kommunist yönümlü "Azad Alman Gəncləri" (FDJ) təşkilatının üzvü olan Merkel, 1986-cı ildə kvant kimyası üzrə doktorluq dərəcəsi alıb və 1989-cu ilə qədər elmi tədqiqatçı kimi çalışıb.[9] Daha sonra, 1989-cu il inqilabları dövründə siyasətə qədəm qoyub və Lotar de Mezyerin rəhbərlik etdiyi, Şərqi Almaniyanın ilk demokratik yolla seçilmiş hökumətində qısa müddət ərzində hökumət sözçüsünün müavini vəzifəsində işləyib. 1990-cı ildə Almaniyanın birləşməsindən sonra Merkel Meklenburq-Ön Pomeraniya əyalətindən Bundestaqa üzv seçilib. Kansler Helmut Kolun himayəsində olan Merkel 1991-ci ildə Qadın və Gənclər İşləri üzrə nazir təyin edilib, 1994-cü ildə isə Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi naziri vəzifəsinə gətirilib. Xristian Demokrat İttifaqı 1998-ci il federal seçkilərində məğlub olduqdan sonra Merkel partiyanın baş katibi seçilib. İki il sonra isə o, partiyanın ilk qadın lideri, eyni zamanda müxalifətin ilk qadın rəhbəri olub.

Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətində məsləhətçi kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib.

1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib.

2000-ci ildə Merkel Xristian Demokratik Partiyasının sədri seçildi. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel, Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.

Angela Merkelin kansler olduğu dövrdə Almaniya Federativ Respublikası Avropa dəyərlərinin Avropa İttifaqı daxilində və xaricində təbliği və möhkəmləndirilməsinə əsaslanan hərtərəfli xarici siyasət modeli hazırlamışdır.[12]

Ailəsi və uşaqlığı (1954–1960)

[redaktə | vikimətni redaktə et]

Merkel 1954-cü ildə Hamburqun Eimsbüttel rayonunda Angela Dorothea Kasner adı ilə dünyaya göz açıb.[13][14] Atası əslən berlinli, lüteran pastoru Horst Kasner (1926–2011; doğum adı Kaźmierczak), anası, əslən Dansiqdən (indiki Qdansk, Polşa) olan ingilis və latın dili müəllimi Herlind Kasnerdi (1928–2019; qızlıq soyadı Jentzsch).[15]

1954-cü ildə, qızının dünyaya gəlməsindən cəmi bir neçə həftə sonra ailə Hamburq-Eppendorfdan Almaniya Demokratik Respublikasına köçdü. Horst Kasner Berlin-Brandenburq Yevangelist Kilsəsində, Kvitsou kəndində (hazırda Perleberq şəhərinin bir hissəsi) pastor kimi fəaliyyətə başladı. 1957-ci ildə Horst Kasner kilsə nəzdində peşə hazırlığı mərkəzinin yaradılmasına kömək etmək üçün daimi olaraq Templinə köçdü. Angela Kasner məhz orada böyüdü. Atası pastor olduğu üçün anası ADR-in dövlət məktəb sistemində işləyə bilmirdi.[16] 1957-ci il iyulun 7-də Angelanın qardaşı Markus, 1964-cü il avqustun 19-da isə bacısı İrena dünyaya gəldi.

Merkel alman və polyak əsillidir. Atası tərəfdən babası Ludvik Kasner, polyak mənşəli alman polis əməkdaşı idi.[17] O, Birinci Dünya müharibəsi zamanı əsir düşmüşdü.[18] Müharibə qirtardıqdan sonra Merkelin nənəsi, Berlindən olan alman Marqaret ilə evləndi və Berlinə köçdü.[19][20][21]

Məktəb illəri və təhsil (1961–1978)

[redaktə | vikimətni redaktə et]

1961-ci ildə Angela Kasner Templindəki politexnik orta məktəbdə (hazırda "Active Nature School Templin" kimi tanınır) birinci sinfə gedib.[22] O, tədrisdə orta səviyyədən daha yaxşı nəticələr göstərir, həm rus dili, həm də riyaziyyat fənləri üzrə sinfin ən yaxşı şagirdi olurdu. Məktəbdə oxuyarkan o, "Azad Alman Gəncləri" təşkilatının üzvü idi. 1973-cü ildə o, Templindəki İxtisaslanmış Orta məktəbin buraxılış imtahanlarını (*Abitur*) ən yüksək qiymətlərlə bitirib, həmçinin Lessinq medalı ilə təltif olunub.[23]

1973-cü ildə Angela Leypsiq Universitetinə fizika ixtisası üzrə daxil olub. O, ADR-da heç bir müxalif qrupa daxil deyildi.

Angela Merkelin 1978-ci ilin iyununda yazdığı diplom işi "əla" qiymətinə layiq görülmüşdür.[24] Bu iş həmçinin, ADR Elmlər Akademiyasının İzotop və Radiasiya Tədqiqatları Mərkəzi İnstitutunda işlənmişdir.[25]

Şərqi Berlin Elmlər Akademiyası (1978–1990)

[redaktə | vikimətni redaktə et]

1978-ci ildə Merkelin İlmenau Texniki Universitetinə qəbul olunmaq cəhdi uğursuzluqla nəticələndikdən sonra[26] o, ailəsiylə Şərqi Berlinə köçdü. Burada o, Berlin-Adlershofda yerləşən ADR Elmlər Akademiyasının Mərkəzi Fizika - Kimya İnstitutunda işə düzəldi. 1986-cı ildə o, elmi konfransda iştirak etmək üçün bir neçə günlüyə Almaniya Federativ Respublikasına səfər etdi.[27] Bundan əlavə, o, Donetsk şəhərində bir neçə həftə davam edən rus dili kursunu tamamladı.

O, dissertasiyası üzərində işləyərkən hesablamaların bir hissəsini Praqadakı Çexoslovakiya Elmlər Akademiyasında aparmaq fürsətindən istifadə etmişdi. 1986-cı il yanvarın 8-də o, dissertasiyasını müdafiə etdi.[28][29] Doktorluq dərəcəsini aldıqdan sonra Merkel eyni institut daxilində başqa bir şöbəyə — analitik kimya şöbəsinə keçdi.

Merkel heç bir partiyanın üzvü deyildi. Lakin Elmlər Akademiyasında işlədiyi dövrdə o, "Azad Alman Gəncləri" təşkilatının bir qrupunda fəal idi. Merkelin öz sözlərinə görə, o, orada "mədəni və kütləvi tədbirlərə" cavabdeh idi.[30] [31]

Leypsiqdə, Fizika fakültəsində təhsil aldığı dövrdə — Moskva və Leninqraddan olan fizika tələbələrinin iştirak etdiyi gənclər proqramı çərçivəsində — Angela Kasner özünün birinci həyat yoldaşı, Ulrix Merkel ilə tanış oldu.[32] Onlar 1977-ci il sentyabrın 3-də Templində evləndilər. Cütlük 1981-ci ildə ayrıldı.

1984-cü ildə ADR Elmlər Akademiyasında Merkel kvant kimyaçısı Yoaxim Zauerlə tanış oldu və 1998-ci ildə onlar ailə həyatı qurdu. O, Merkel soyadını saxladı, çünki həmin vaxta qədər ictimaiyyət arasında artıq bu adla tanınırdı.[33] Cütlüyün birgə övladı yoxdur; Zauerin ilk evliliyindən iki oğlu var. Cütlük Am Kupfergraben küçəsində yerləşən bir mənzilə köçdü və onlar bu gün də orada yaşayırlar.

Siyasi karyerası

[redaktə | vikimətni redaktə et]

Demokratik oyanış (1989–1990)

[redaktə | vikimətni redaktə et]

1989-cu ilin payızında ADR-da baş verən "dönüş nöqtəsi" dövründə Şərqi Almaniyada yeni demokratik partiya strukturlarının formalaşdığı aydın oldu. Əvvəlcə Merkel Almaniya Sosial Demokrat Partiyasına qoşulmağı düşünürdü, lakin bunun üçün o, yerli partiya bölməsinə üzvlük ərizəsi təqdim etməli olacaqdı. Bu seçim ona uyğun gəlmədi, ona görə də, 1989-cu ilin dekabrında o, yeni yaranmış "Demokratik Oyanış" ("Demokratischer Aufbruch") hərəkatında işləməyə başladı. Əvvəlcə — dekabr və yanvar ayları ərzində — o, könüllü əsaslarla müvəqqəti sistem administratoru kimi fəaliyyət göstərdi, 1990-cı il fevralın 1-dən etibarən isə hərəkatın Şərqi Berlindəki mərkəzi qərargahında, sədr Volfqanq Şnurun ofisində daimi ştat vəzifəsinə keçdi.[34] [35] Daha sonra 1990-cı ilin yanvar ayının ortalarında mətbuat katibi təyin edildi.[36]

Almaniya üçün Alyans (1990)

[redaktə | vikimətni redaktə et]

1990-cı il martın 18-də keçirilən Xalq Palatasına ilk azad seçkilər Angela Merkelin partiyası olan "Demokratik Oyanış" üçün fəlakətli nəticələndi — partiya səslərin cəmi 0,9%-ni toplaya bildi. Bununla belə, blok tərəfdaşı olan Şərqi Almaniya Xristian Demokrat İttifaqının gözlənilməz dərəcədə yüksək nəticə (41%) əldə etməsi sayəsində "Almaniya üçün Alyans" koalisiyası seçkilərdə faktiki olaraq qalib gəldi. Sonrakı həftələrdə CDU-nun əsas namizədi Lotar de Mezyerin rəhbərliyi altında "Almaniya üçün Alyans", Sosial Demokratlar və liberalların nümayəndələrindən ibarət koalisiya formalaşdırıldı. De Mezyer hökumətində "Demokratik Oyanış" partiyasına bir nazir postu verildi. Angela Merkel hökumət sözçüsünün müavini vəzifəsini tutdu və ADR-in ilk və sonradan məlum olduğu kimi, sonuncu azad seçilmiş hökuməti oldu.

Xalq Palatasına seçkilərdən sonrakı həftələrdə Almaniyanın yenidən birləşməsi məsələsi gözlənilməz bir sürətlə siyasi gündəmin mərkəzinə keçdi. Merkel bir çox danışıqlarda iqtisadi və sosial birliyin yaradılmasına dair dövlət müqaviləsi ilə bağlı müzakirələrdə iştirak etmişdir.

  1. ↑ Merkel, Angela, 1954- (ing.). // Library of Congress Authorities. Library of Congress. (İstifadə tarixi: 8 mart 2023).
  2. 1 2 3 Lebendiges Museum Online (alm.). // Lebendiges Museum Online. (İstifadə tarixi: 7 iyun 2023).
  3. 1 2 Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus. (İstifadə tarixi: 30 may 2021).
  4. 1 2 Angela Merkel (alm.). // Salzburgwiki. (İstifadə tarixi: 30 may 2021).
  5. 1 2 Angela Merkel: Pfarrertochter aus Hamburg, Physikerin, Kanzlerin (alm.). // Hamburger Abendblatt. 27 sentyabr 2009. ISSN 0949-4618. (İstifadə tarixi: 17 oktyabr 2026).
  6. ↑ Parlement.com (nid.).
  7. ↑ Wer war wer in der DDR? (alm.): ein Lexikon ostdeutscher Biographien. // Wer war wer in der DDR?. / Hrsg. Jochen Černý. (İstifadə tarixi: 23 sentyabr 2022).
  8. 1 2 3 4 5 Golden (ing.). (İstifadə tarixi: 23 sentyabr 2022).
  9. ↑ Tobias D. Höhn. Ehrendoktorwürde für Angela Merkel (alm.). uni-leipzig.de. / Hrsg. Universität Leipzig. 20 may 2008. (İstifadə tarixi: 7 oktyabr 2022).
  10. ↑ Wie lebt es sich ohne das Hamsterrad? (alm.). // Stern. / Hrsg. Andreas Petzold, Thomas Osterkorn. Hamburg: Gruner + Jahr. 2 dekabr 2022. ISSN 0039-1239. (İstifadə tarixi: 8 mart 2023).
  11. ↑ "Biography". Bundeskanzlerin.de. German Federal Press and Information Office. 21 dekabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2015.
  12. ↑ İbadov, Rafael. "Rusiya və Çin faktoru Almaniya 2021 seçki platformasında önəmli yer tutur". Topçubaşov Mərkəzi (az.). 31 avqust 2021. 9 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2021.
  13. ↑ "Angela Merkel: Pfarrertochter aus Hamburg, Physikerin, Kanzlerin". 7 dekabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2026.
  14. ↑ "Altkanzlerin feiert Geburtstag". 21 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2026.
  15. ↑ Merkel hat polnische Wurzeln
  16. ↑ Was an Angela Merkels Mutter vorbildlich ist.
  17. ↑ "Merkels polnische Wurzeln: Großvaters Krieg".
  18. ↑ "Großvaters Krieg". 19 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2026.
  19. ↑ Six things you didn't know about Angela Merkel
  20. ↑ "The German chancellor's Polish roots"
  21. ↑ Kanzlerin Angela Merkel ist zu einem Viertel Polin
  22. ↑ "Merkels Lehrerin – „Angela war hochbegabt"". 16 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2026.
  23. ↑ "Plötzlich war Merkel da!". 10 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2026.
  24. ↑ "Merkel, Angela (geb. Kasner)". 2 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2026.
  25. ↑ Bundeskanzlerin Angela Merkel
  26. ↑ Der zerrissene Osten und die gelungene Wiedervereinigung
  27. ↑ Wie Angela Merkel beinahe Thüringerin wurde.
  28. ↑ Deutsche National bibliothek
  29. ↑ Glänzend in Physik, mäßig in der Ideologie
  30. ↑ Nichts verheimlicht - nicht alles erzählt
  31. ↑ Angela Merkels zweierlei Welten
  32. ↑ Eines Tages zog sie aus. Interview mit Ulrich Merkel
  33. ↑ Der Mann vor Joachim Sauer: Das ist der Ex von Angela Merkel – vor 50 Jahren wurden sie ein Paar.
  34. ↑ Angela Merkel: „Mit der CDU will ich nichts zu tun haben“
  35. ↑ Verschollen daheim
  36. ↑ Christiane Ziller: Die Frau, ohne die Merkel nicht Kanzlerin wäre.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]