Autizm
| Autizm | |
|---|---|
| Əşyaları təkrarlayaraq bir sıraya düzmək bəzən autizm göstəricisi sayıla bilər | |
| XBT-10 | F |
| XBT-10-KM | F84.0 |
| XBT-9 | 299.00 |
| XBT-9-KM | 299.0[1] |
| OMIM | 209850 |
| DiseasesDB | 1142 |
| MedlinePlus | 001526 |
| eMedicine | med/3202 |
| MeSH | D001321 |
Autizm — həmçinin autizm spektr pozuntusu (ASP) kimi də tanınır — sosial ünsiyyət və qarşılıqlı əlaqədə fərqlər və ya çətinliklər, proqnozlaşdırıla bilənlik və rutininə güclü ehtiyac və ya üstünlük, hiss orqanlarının məlumatı emal etməsində fərqlilikər, müəyyən mövzulara fokuslanmış maraqlar və təkrarlanan davranışlarla xarakterizə olunan bir hal.[2]
Autizmin xüsusiyyətləri erkən uşaqlıqdan etibarən özünü göstərir və adətən insanın bütün həyatı boyunca davam edir.[3][4]
Autizm neyroinkişaf pozuntusu kimi təsnif edilir[5] və rəsmi diaqnozun qoyulması üçün mütəxəssis tərəfindən bu xüsusiyyətlərin insanın gündəlik həyatında, onun yaşı və sosial mühiti ilə müqayisədə, əhəmiyyətli çətinliklər yaratdığının müəyyənləşdirilməsi tələb olunur.[6][7][8]
Autizm bir spektr pozuntusu olduğu üçün onun təzahür formaları müxtəlifdir və dəstək ehtiyacları minimumdan – danışa bilməməyə və ya 24 saatlıq qayğıya qədər dəyişə bilər.[9][10]
Autizm diaqnozları 1990-cı illərdən bəri artıb; bunun əsas səbəbləri daha geniş diaqnostik meyarlar, məlumatlılığın yüksəlməsi və qiymətləndirməyə çıxışın genişlənməsidir.[11][12] Dəyişən sosial tələblər də rol oynaya bilər.[13][14] Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2012–2021-ci illər arasında hər 100 uşaqdan təxminən 1-inə autizm diaqnozu qoyulub və tendensiyanın artdığı qeyd olunur.[a][11][12] Müşahidə tədqiqatları göstərir ki, böyüklər arasında da, rəsmi şəkildə qiymətləndirilmələr aparılsa, bir o qədər faiz insan diaqnostik meyarlara cavab verərdi.[15]
Autizm əsasən irsidir və çoxsaylı genlərlə bağlıdır; ətraf mühit faktorlarının rolu isə daha kiçik görünür və əsasən doğuşdan əvvəlki dövrə aiddir.[16][17][18][19] Oğlanlarda autizm qızlara nisbətən bir neçə dəfə daha çox diaqnoz edilir,[20][11][21] həmçinin təşviş, depressiya, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DÇHP), epilepsiya və əqli gerilik kimi hallar autizmli insanlarda daha çox müşahidə olunur.[22][23][24] Müəyyən savant qabiliyyətləri digər qruplara nisbətən autizmli insanlarda daha çox yayılmışdır.[25]
Autizmin müalicəsi (tam sağalması) yoxdur.[26] Bir sıra autizm terapiyaları özünəqulluq, sosial və dil bacarıqlarını təkmilləşdirməyə yönəlmişdir.[27] Ətraf mühit və sosial maneələrin azaldılması autizmli fərdlərin təhsil, məşğulluq və həyatın digər sahələrində daha dolğun iştirakına kömək edir.[28][29][30] Heç bir dərman preparatı autizmin əsas əlamətlərini aradan qaldırmır, lakin bəzi dərmanlar narahatlıq (təşviş), depressiya, əsəbilik, DÇHP və epilepsiya kimi tez-tez müşayiət olunan halların idarə edilməsinə kömək etmək üçün istifadə olunur.[31][32]
Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ Bu rəqəm aşağı və orta gəlirli ölkələrdə yayılma dərəcəsinin real göstəricidən daha aşağı qiymətləndirməsini əks etdirə bilər.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Disease Ontology (ing.). 27 may 2016. (Arxiv nüsxəsi. İstifadə tarixi: 15 may 2019).
- ↑ American Psychiatric Association; American Psychiatric Association, redaktorlar Diagnostic and statistical manual of mental disorders: DSM-5 (ingilis) (5th ed). Washington, D.C: American Psychiatric Association. 2013. səh. 31. ISBN 978-0-89042-554-1.
- ↑ Whiteley, Paul; Carr, Kevin; Shattock, Paul. "Is Autism Inborn And Lifelong For Everyone?". Neuropsychiatric Disease and Treatment. 15. 2019: 2885–2891. doi:10.2147/NDT.S221901. ISSN 1176-6328. PMC 6789180. PMID 31632036. 26 avqust 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2025.
- ↑ Steinhausen, H. -C.; Mohr Jensen, C.; Lauritsen, M. B. "A systematic review and meta-analysis of the long-term overall outcome of autism spectrum disorders in adolescence and adulthood". Acta Psychiatrica Scandinavica (ingilis). 133 (6). 2016: 445–452. doi:10.1111/acps.12559. ISSN 1600-0447. 4 avqust 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2025.
- ↑ Kamp-Becker, Inge. "Autism spectrum disorder in ICD-11-a critical reflection of its possible impact on clinical practice and research". Molecular Psychiatry. 29 (3). 2024-03: 633–638. doi:10.1038/s41380-023-02354-y. ISSN 1476-5578. PMC 11153155 (#bad_pmc). PMID 38273107 (#bad_pmid).
- ↑ "ICD-11 for Mortality and Morbidity Statistics". icd.who.int (ingilis). 23 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2025.
- ↑ "IACC Subcommittee Diagnostic Criteria - DSM-5 Planning Group | IACC". iacc.hhs.gov. 11 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2025.
- ↑ Fuentes, Joaquin; Hervás, Amaia; Howlin, Patricia; (ESCAP ASD Working Party). "ESCAP practice guidance for autism: a summary of evidence-based recommendations for diagnosis and treatment". European Child & Adolescent Psychiatry. 30 (6). 2021-06: 961–984. doi:10.1007/s00787-020-01587-4. ISSN 1435-165X. PMC 8140956 (#bad_pmc). PMID 32666205 (#bad_pmid).
- ↑ Zhuang, Hongbin; Liang, Zhiyuan; Ma, Guanwei; Qureshi, Ayesha; Ran, Xiaoqian; Feng, Chengyun; Liu, Xukun; Yan, Xi; Shen, Liming. "Autism spectrum disorder: pathogenesis, biomarker, and intervention therapy". MedComm. 5 (3). 2024-03: e497. doi:10.1002/mco2.497. ISSN 2688-2663. PMC 10908366 (#bad_pmc). PMID 38434761 (#bad_pmid). 2025-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-11-13.
- ↑ Waizbard-Bartov, Einat; Fein, Deborah; Lord, Catherine; Amaral, David G. "Autism severity and its relationship to disability". Autism Research: Official Journal of the International Society for Autism Research. 16 (4). 2023-04: 685–696. doi:10.1002/aur.2898. ISSN 1939-3806. PMC 10500663 (#bad_pmc). PMID 36786314 (#bad_pmid). 2025-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-11-13.
- 1 2 3 Zeidan, Jinan; Fombonne, Eric; Scorah, Julie; Ibrahim, Alaa; Durkin, Maureen S.; Saxena, Shekhar; Yusuf, Afiqah; Shih, Andy; Elsabbagh, Mayada. "Global prevalence of autism: A systematic review update". Autism Research. 15 (5). 15 may 2022: 778–790. doi:10.1002/aur.2696. PMC 9310578 (#bad_pmc). PMID 35238171 (#bad_pmid).
- 1 2 "Autism". World Health Organization (ingilis). 30 mart 2022. 10 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2022.
- ↑ Anderson-Chavarria, Melissa. "The autism predicament: models of autism and their impact on autistic identity". Disability & Society. 37 (8). 14 sentyabr 2022: 1321–1341. doi:10.1080/09687599.2021.1877117.
- ↑ Ogundele, Michael O.; Morton, Michael J. S. "Subthreshold Autism and ADHD: A Brief Narrative Review for Frontline Clinicians". Pediatric Reports. 17 (2). 3 aprel 2025: 42. doi:10.3390/pediatric17020042. PMC 12030661 (#bad_pmc). PMID 40278522 (#bad_pmid).
- ↑ Hirota, Tomoya; King, Bryan H. "Autism Spectrum Disorder: A Review". JAMA. 329 (2). 10 yanvar 2023: 157–168. doi:10.1001/jama.2022.23661. PMID 36625807 (#bad_pmid).
- ↑ Tick, Beata; Bolton, Patrick; Happé, Francesca; Rutter, Michael; Rijsdijk, Frühling. "Heritability of autism spectrum disorders: a meta-analysis of twin studies". Journal of Child Psychology and Psychiatry (ingilis). 57 (5). 2016: 585–595. doi:10.1111/jcpp.12499. PMC 4996332. PMID 26709141.
- ↑ Hodges, Holly; Fealko, Casey; Soares, Neelkamal. "Autism spectrum disorder: definition, epidemiology, causes, and clinical evaluation". Translational Pediatrics. 9 (Suppl 1). fevral 2020: S55–S5S65. doi:10.21037/tp.2019.09.09. PMC 7082249 (#bad_pmc). PMID 32206584 (#bad_pmid).
- ↑ Ratajczak, Helen V. "Theoretical aspects of autism: Causes—A review". Journal of Immunotoxicology. 8 (1). 1 mart 2011: 68–79. doi:10.3109/1547691X.2010.545086. PMID 21299355.
- ↑ Mandy W, Lai MC. "Annual Research Review: The role of the environment in the developmental psychopathology of autism spectrum condition". Journal of Child Psychology and Psychiatry, and Allied Disciplines. 57 (3). mart 2016: 271–292. doi:10.1111/jcpp.12501. OCLC 01307942. PMID 26782158.
- ↑ Alaghband-rad, Javad; Hajikarim-Hamedani, Arman; Motamed, Mahtab. "Camouflage and masking behavior in adult autism". Frontiers in Psychiatry. 14 (16). 2023. doi:10.3389/fpsyt.2023.1108110. PMC 10060524 (#bad_pmc). PMID 37009119 (#bad_pmid).
- ↑ Loomes, Rachel; Hull, Laura; Mandy, William Polmear Locke. "What Is the Male-to-Female Ratio in Autism Spectrum Disorder? A Systematic Review and Meta-Analysis". Journal of the American Academy of Child & Adolescent Psychiatry. 56 (6). 1 iyun 2017: 466–474. doi:10.1016/j.jaac.2017.03.013. PMID 28545751.
- ↑ Bertelli, Marco O.; Azeem, Muhammad Waqar; Underwood, Lisa; Scattoni, Maria Luisa; Persico, Antonio M.; Ricciardello, Arianna; Sappok, Tanja; Bergmann, Thomas; Keller, Roberto; Bianco, Annamaria; Corti, Serafino; Miselli, Giovanni; Lassi, Stefano; Croce, Luigi; Bradley, Elspeth; Munir, Kerim. Autism Spectrum Disorder // Textbook of Psychiatry for Intellectual Disability and Autism Spectrum Disorder. 2022. 369–455. doi:10.1007/978-3-319-95720-3_16. ISBN 978-3-319-95719-7.
Persons with autism spectrum disorder and/or other neurodevelopmental problems are more likely than the general population to have transgender identity, non-heterosexual sexual orientation, and other gender non-conformities.
- ↑ Lord, Catherine; Charman, Tony; Havdahl, Alexandra; Carbone, Paul; Anagnostou, Evdokia; Boyd, Brian; Carr, Themba; de Vries, Petrus J; Dissanayake, Cheryl; Divan, Gauri; və b. "The Lancet Commission on the future of care and clinical research in autism". The Lancet. 399 (10321). 2022: 299–300. doi:10.1016/s0140-6736(21)01541-5. hdl:11250/2975811. PMID 34883054 (#bad_pmid).
- ↑ Graham Holmes, Laura; Ames, Jennifer L.; Massolo, Maria L.; Nunez, Denise M.; Croen, Lisa A. "Improving the Sexual and Reproductive Health and Health Care of Autistic People". Pediatrics. American Academy of Pediatrics. 149 (Supplement 4). 1 aprel 2022: e2020049437J. doi:10.1542/peds.2020-049437J. PMID 35363286 (#bad_pmid).
- ↑ Happé, Francesca. "Why are savant skills and special talents associated with autism?". World Psychiatry. 17 (3). 2018: 280–281. doi:10.1002/wps.20552. PMC 6127767. PMID 30192091.
- ↑ "Fake and harmful autism 'treatments'". nhs.uk (ingilis). 2 may 2019. 1 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2022.
- ↑ CDC. "Treatment and Intervention for Autism Spectrum Disorder". Autism Spectrum Disorder (ASD) (ingilis). 18 iyul 2024. 12 aprel 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2024.
- ↑ Sitat səhvi: Yanlış
<ref>teqi; "Doherty-2023" adlı istinad üçün mətn göstərilməyib. - ↑ Mukerji, Cora; Mottron, Laurent; McPartland, James C., Enhanced Perceptual Functioning // Volkmar, Fred R. (redaktor), Encyclopedia of Autism Spectrum Disorders (ingilis), New York, NY: Springer, 2013, 1117–1118, doi:10.1007/978-1-4419-1698-3_723, ISBN 978-1-4419-1698-3
- ↑ Sitat səhvi: Yanlış
<ref>teqi; "Doyle-2020" adlı istinad üçün mətn göstərilməyib. - ↑ "Medication Treatment for Autism". National Institute of Child Health and Human Development (ingilis). 19 aprel 2021. 7 fevral 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2023.
- ↑ Rzepka-Migut, Beata; Paprocka, Justyna. "Efficacy and Safety of Melatonin Treatment in Children with Autism Spectrum Disorder and Attention-Deficit/Hyperactivity Disorder—A Review of the Literature". Brain Sciences. 10 (4). 2020: 219. doi:10.3390/brainsci10040219. PMC 7226342 (#bad_pmc). PMID 32272607 (#bad_pmid).
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Autism spectrum disorder in under 19s: support and management (ingilis) (Last). National Institute for Health & Care Excellence (NICE). 2021. 36 p. ISBN 978-1-4731-0246-0.