Busalla
| Şəhər | |
| Busalla | |
|---|---|
| Busalla şəhərinin mənzərəsi | |
| 44°34′15″ şm. e. 8°56′43″ ş. u.HGYO | |
| Ölkə | İtaliya |
| Tabeliyində | Kamarza, Sarissola, İnadjea, Salvaretsa |
| Region | Liquriya |
| Böyük şəhər | Genuya |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 17,1 km² |
| Mərkəzin hündürlüyü | 358 ± 1 m |
| Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
| Əhalisi | |
| Əhalisi | 5.546[1][2] nəfər (2017) |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +39 010 |
| Poçt indeksi | 16012 |
| Nəqliyyat kodu | GE |
| Digər | |
| comune.busalla.ge.it | |
Busalla — İtaliyanın Liquriya regionunda, Genuya böyükşəhər ərazisində yerləşən şəhər və kommunadır. Genuya şəhərindən təxminən 27 km şimalda yerləşir.[3]
Kommunanın ərazisindən Skrivia çayının yuxarı vadisi keçir. Yaxınlıqda süni şəkildə yaradılmış Busalletta gölü yerləşir.[4]
Tarixi
[redaktə | vikimətni redaktə et]Busalla haqqında məlum olan ilk yazılı məlumat 1192-ci ilə aid sənəddə qeyd olunub.[5][6] Sonralar yaşayış məntəqəsi burada qala inşa etdirən Spinola ailəsinin mülkiyyətinə keçib. Növbəti əsrdə Qvelflər və gibellinlərin üsyanları zamanı qala bir neçə dəfə talan edilib.
XVI əsrdə yenidən xarabalığa çevrilmiş qala Spinola ailəsi üçün yeni sarayın tikintisində əsas kimi istifadə olunub. 1728-ci ildə Busalla Genuya Respublikasının tərkibinə daxil edilib. 1815-ci ildə isə Genuya ilə birlikdə Sardiniya krallığına birləşdirilib.[7]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Popolazione Busalla 2001-2024". Tuttitalia (italyan). 21 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2026.
- ↑ "Popolazione per età, sesso e stato civile 2017 - Busalla (GE)". Tuttitalia (italyan). 21 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2026.
- ↑ "Comune di Busalla (GE) - CAP, dati, popolazione e amministrazione". Tuttitalia (italyan). 21 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2026.
- ↑ "Comune di Busalla (GE) - CAP, dati, popolazione e amministrazione". Tuttitalia (italyan). 21 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2026.
- ↑ "Cenni storici". Comune di Busalla (italyan). 10 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2026.
- ↑ "Comune di Busalla". SIUSA (italyan).
- ↑ "Cenni storici". Comune di Busalla (italyan). 10 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2026.