Məzmuna keç

Denov

Vikipediya, azad ensiklopediya
Denov
38°16′ şm. e. 67°53′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 520 m
Əhalisi
Əhalisi
  • 97.196 nəf. (2010)
Xəritəni göstər/gizlə
Denov xəritədə
Denov
Denov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Denov (özb. Denov) — Özbəkistanın Surxandərya vilayətində şəhər. 27 yanvar 1958-ci ildə şəhər statusu alıb.

Denov şəhərində heykəl

Denov Surxandərya vilayətinin quzeyində, Termezdən 150 kilometr aralı, dəniz səviyyəsindən 520 metr yüksəklikdə yerləşir. Surxandərya çayının qolu olan Qızıl-Su çayı Denovun içindən axır. Habelə Denov Xalçayan və Dəlvərzintəpə arxeoloji abidələrinə ən yaxın şəhərdir.[1]

Əhalinin gəliri əsasən Tacikistanla sərhədyanı ticarət və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən əldə edilir.[2][3]

2010-cu ilin məlumatlarına görə Denovda 97.196 nəfər yaşamaqda imiş.[4] 2015-ci ildə əhalisi 114.090 nəfərə yüksəldi.[5] Əhali baxımından Termezdən sonra Surxandərya vilayətində 2-ci ən böyük yaşayış yeri sayılır.

Denovda üstünlükdə olan yerli Özbəklərin yanı ilə Taciklər, Qaraçılar, Ruslar, Tatarlar, Koreyalılar, Uyğurlar və başqa millətlərin nümayəndələri də az sayda yaşamaqdadırlar.

Görməli yerlər

[redaktə | vikimətni redaktə et]
  • Seyyid Atalıq mədrəsəsi[6]
  • Yurçi (Yurdçu) qalası[7]
  • Xalçayan yaşayış yeri
  • Dəlvərzintəpə yaşayış yeri[8]
  • Denov bitkilər bağı
  1. ↑ Dani, Ahmad Hasan; Litvinsky, B. A. History of Civilizations of Central Asia: The crossroads of civilizations, A.D. 250 to 750. UNESCO. p. 177. ISBN 978-92-3-103211-0.
  2. ↑ "Denau Travel Guide". Caravanistan. 19 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2021.
  3. ↑ "Travel Guide to Denau (Denov)". Caravanistan (ingilis). 19 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  4. ↑ (#empty_citation)
  5. ↑ "Denov". www.city-facts.com. 3 may 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  6. ↑ "Madrassah Sayid Atalik: Historical monuments of Termez and the Surkandarya region". www.orexca.com. 16 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  7. ↑ Rickmers, W.R. The Duab of Turkestan. The CUP Archive. 2005. 466.
  8. ↑ Turgunov, B.A. "Excavations of a Buddhist Temple at Dal'verzin-tepe". East and West. 42 (1). 1992: 131–153. ISSN 0012-8376. 6 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2021.