Məzmuna keç

Emil Lask

Vikipediya, azad ensiklopediya
Emil Lask
alm. Emil Lask‎
Doğum tarixi 25 sentyabr 1875(1875-09-25)[1][2]
Doğum yeri
Vəfat tarixi 26 may 1915(1915-05-26)[1][3][…] (39 yaşında)
Vəfat yeri
Əsas maraqları Neokantçılıq, Alman fəlsəfəsi, Fəlsəfə tarixi, məntiq, Ekslibris

Emil Lask (25 sentyabr 1875[1][2], Kiçik Polşa voyevodluğu[d] – 26 may 1915[1][3][…]) — Avstriya Qalisiyasında anadan olmuş alman filosofu, epistemologiya və hüquq fəlsəfəsi üzrə mütəxəssis idi. O, Frayburq Universitetində Henrix Rikkertin, Heydelberq Universitetində isə Vilhelm Vindelbandın tələbəsi olmuş və neokantçılıq fəlsəfi cərəyanının Baden məktəbinə mənsub idi.

Lask Avstriya Qalisiyasında yəhudi ailəsində anadan olmuşdur. Fəlsəfə təhsilini başa vurduqdan sonra, 1905-ci ildə Heydelberq Universitetində mühazirəçi kimi fəaliyyətə başlamış, Birinci Dünya müharibəsinin başlanmasından bir qədər əvvəl isə həmin universitetin professoru seçilmişdir.

1914-cü ildə müharibə başladıqda Lask dərhal könüllü olaraq hərbi xidmətə yazıldı. Heydelberq Universitetinin professoru kimi onun arxa cəbhədə əvəzolunmaz mütəxəssis hesab ediləcəyi üçün hərbi xidmətə getməsi zəruri deyildi. Lakin vicdanlı və idealist düşüncələrə malik olan Lask ölkəsinə xidmət etməyi öz borcu hesab edirdi. Bədəncə zəif olmasına və ağır miopiyadan əziyyət çəkməsinə baxmayaraq, Lask çavuş rütbəsi aldı və Şərq cəbhəsinə, Qalisiyaya göndərildi. Görmə qabiliyyətinin zəifliyi səbəbindən o, atəş aça bilmirdi, lakin buna baxmayaraq, cəbhədə qalmağı özünə borc bilirdi.[4] Lask müharibə zamanı, doğulduğu şəhərdən çox da uzaqda olmayan ərazidə, Qalisiya əməliyyatı zamanı həlak oldu. Vilhelm Vindelband onu fəlsəfə sahəsi üçün əvəzolunmaz hesab etsə də, Heydelberqə qaytarılması barədə müraciət etməkdən imtina etmişdi.[5]

Lask mühüm və orijinal düşüncə sahibi olmuşdur. Lakin erkən vəfat etməsi, eləcə də neokantçılığın nüfuzunun azalması səbəbindən onun dəyərli əsərləri geniş tanınmamışdır. Nəşr olunmuş və bəzi nəşr edilməmiş yazıları tələbəsi Yucin Herriqel tərəfindən üçcildlik toplu şəklində hazırlanmış, keçmiş müəllimi Rikkertin Lask haqqında qeydi ilə birlikdə 1923 və 1924-cü illərdə nəşr edilmişdir.

Martin Haydegger 1927-ci ildə nəşr olunan Varlıq və zaman əsərində Edmund Husserli Laskın düşüncələrinə təsir göstərən mənbələrdən biri kimi qeyd etmişdir. Haydegger Husserlin 1900–1901-ci illərdə nəşr olunmuş Məntiqi tədqiqatlar əsərinin Laskın Die Logik der Philosophie und die Kategorienlehre (1911) və Die Lehre vom Urteil (1912) əsərlərinə təsirini vurğulamışdır.[6] Herriqelin bir neçə il Yaponiyada yaşaması və dərs deməsi sayəsində Laskın ideyaları həmin ölkədə də təsirli olmuşdur.

Onun bacısı şair Berta Lask idi.

  • Fichtes Idealismus und die Geschichte — Tübingen, 1902.
  • Rechtsphilosophie — Die Philosophie im Beginn des 20. Jahrhunderts. Festschrift für Kuno Fischer toplusunda, redaktor Vilhelm Vindelband, Heydelberq, 1907.
  • Die Logik der Philosophie und die Kategorienlehre — Tübingen, J. C. B. Mohr, 1911.
  • Gesammelte Schriften — Yucin Herriqelin redaktəsi ilə, Tübingen: Mohr, 1923–1924 (3 cild); təkrar nəşr: Yena, Scheglmann, 2002.

İngilis dilinə tərcümələr

[redaktə | vikimətni redaktə et]
  • Legal Philosophy — The Legal Philosophies of Lask, Radbruch, and Dabin əsərində, tərcüməçi Kurt Wilk (Kembric, Massaçusets; Harvard University Press, 1950; 20th Century Legal Philosophy seriyası, IV cild), s. 1–42.

Fransız dilinə tərcümələr

[redaktə | vikimətni redaktə et]
  • La logique de la philosophie et la doctrine des catégories. Étude sur la forme logique et sa souveraineté — Paris, Vrin, 2002.
  1. 1 2 3 4 Emil Lask (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 17 oktyabr 2026).
  3. 1 2 Dalibor Brozović, Tomislav Ladan. Emil Lask (xorv.). // Hrvatska enciklopedija. Leksikografski zavod Miroslav Krleža. 1999. 9272 səh.
  4. ↑ Beiser Frederick. "Emil Lask and Kantianism". Philosophical Forum. 39 (2). 2008: 283–295. doi:10.1111/j.1467-9191.2008.00296.x.
  5. ↑ Gary D. Jaworski, Georg Simmel and the American Prospect, SUNY Press, 1997, s. 95.
  6. ↑ Heidegger, Martin. Being and Time. New York: HarperPerennial. 2008. səh. 494. ISBN 978-0-06-157559-4.
  • Beyzer, Frederik, The German Historicist Tradition (Oksford: Oxford University Press, 2011). Əsərdə Laskın yaradıcılığına həsr olunmuş geniş giriş və icmal fəsli vardır.
  • Borda, Mara, Knowledge, Science, Religion: Philosophy as a Critical Alternative to Metaphysics (Vürtsburq: Königshausen & Neumann, 2006). Əsərdə Laskın fəlsəfəsi, eləcə də onun Georq Zimmel və Haydeggerin ideyaları ilə müqayisəsi ətraflı araşdırılır.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]