Məzmuna keç

Encyclopedia.com

Vikipediya, azad ensiklopediya
Encyclopedia.com
Loqonun şəkli
URL encyclopedia.com
Tipi onlayn ensiklopediya
Dilləri ingilis dili

Encyclopedia.com (həmçinin HighBeam Encyclopedia kimi tanınır[1]) — onlayn ensiklopediya. Sayt digər nəşr olunmuş lüğətlərdən, ensiklopediyalardan, habelə təsvir və videolar da daxil olmaqla sorğu ədəbiyyatlarından əldə edilmiş məlumatları bir araya gətirir.

Veb-sayt 1998-ci ilin martında "Infonautics" şirkəti tərəfindən istifadəyə verilmişdir.[2] "Infonautics" 2001-ci ilin avqustunda "Tucows" şirkəti tərəfindən satın alınmışdır.[3] 2002-ci ilin avqustunda Patrik Speyn "Encyclopedia.com"u və onun qardaş resursu olan eLibrary saytını "Tucows"dan satın alaraq onları "Alacritude, LLC" ("Alacrity" və "Attitude" sözlərinin birləşməsi) adlı yeni şirkətə daxil etmişdir.[4] Şirkət daha sonra "HighBeam Research" adı ilə tanınmış və nəhayət "Gale" nəşriyyatına satılmışdır.[5][6] Müəyyən bir dövr ərzində veb-sayt Cengage holdinqinin törəmə müəssisəsi olan sorğu nəşriyyatı "Gale"ə məxsus Çikaqo mərkəzli "Highbeam Research" şirkəti tərəfindən idarə olunmuşdur.[6]

"Encyclopedia.com" istifadəçilərə müəyyən bir mövzu haqqında məlumatları birdən çox ensiklopediya və lüğət mənbəyindən əldə etmək imkanı yaradır.[7] Sayt 200.000-ə yaxın məqalə və 50.000-ə yaxın mövzu xülasəsini özündə cəmləşdirir. Platforma Oksford Universiteti Nəşriyyatı (ing. Oxford University Press), Kolumbiya ensiklopediyası (ing. Columbia Encyclopedia) və onun ana şirkəti olan "Gale" də daxil olmaqla, müxtəlif mənbələrdən onlayn ensiklopediyalar və məqalələr kolleksiyası təqdim edir.[8][9]

  1. ↑ "Curlie – Reference: Encyclopedias". curlie.org (ingilis). 27.05.2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.10.2023.
  2. ↑ ""Infonautics Launches Encyclopedia.Com" - Information Today, Vol. 15, Issue 3, March 1998 | Online Research Library: Questia". web.archive.org. 14.06.2018. Archived from the original on 14.06.2018. İstifadə tarixi: 08.12.2023.
  3. ↑ Magid, Larry. "BASICS; A Reference Library On Disc or Online". The New York Times (ingilis). 15.08.2002. ISSN 0362-4331. 10.08.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2023.
  4. ↑ Hane, Paula J. "Tucows Sells Two Former Infonautics Services". newsbreaks.infotoday.com. 26.08.2002. 06.03.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2023.
  5. ↑ "Gale Acquires HighBeam Research, Inc". www.cengagegroup.com. 15.02.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2023.
  6. 1 2 "Internet News: Gale Acquired HighBeam Research". web.archive.org. 05.03.2012. Archived from the original on 05.03.2012. İstifadə tarixi: 08.12.2023.
  7. ↑ "Wikipedia down? Try these alternatives – gHacks Tech News". ghacks.net. 21.05.2012. 27.03.2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.12.2017.
  8. ↑ "Encyclopedia.com | Free Online Encyclopedia". encyclopedia.com (ingilis). 13.07.2018 tarixində arxivləşdirilib. Featured publications from Gale on the homepage: "International Encyclopedia of the Social Sciences"; "Cities of the World"; "Encyclopedia of American Foreign Policy"...
  9. ↑ "About Us". 09.03.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.03.2018.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]