Hugo (proqram)
| Hugo | |
|---|---|
| | |
| Repozitoriya | github.com/gohugoio/hugo |
| Proqramlaşdırma dili | Go[1] |
| Əməliyyat sistemi | GNU/Linux, Microsoft Windows, macOS, Berkeley Software Distribution, Unix bənzəri |
| Yayımlanma tarixi | 2013 |
| Platforma | x86, x86_64[d], ARM[d] |
| Sonuncu versiya |
|
| Sayt | gohugo.io |
Hugo — Go dilində yazılmış statik sayt generatoru. Stiv Fransia Hugo-nu ilk olaraq 2013-cü ildə açıq mənbə layihəsi kimi yaradıb. 2015-ci ildə buraxılmış v0.14-dən bəri,[3] Hugo Byörn Erik Pedersenin rəhbərliyi altında digər töhfəçilərlə birlikdə inkişafı davam etdirir. Hugo Apache License 2.0 ilə lisenziyalaşdırılıb.[4]
Hugo sürəti ilə xüsusilə fərqlənir. Rəsmi saytında onun "veb-saytları yaratmaq üçün dünyanın ən sürətli freymvorku" olduğu bildirilir. Məşhur istifadəçilərə 2017-ci ildə WordPress-dən Hugo ilə Jamstack-ə köçən Smashing Magazine[5] və 2022-ci ildə tərtibatçı sənədlərini Gatsby-dən Hugo-ya keçirən Cloudflare aiddir.[6]
Xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Hugo data fayllarını, i18n paketlərini, konfiqurasiyanı, tərtibatlar üçün şablonları, statik fayllar, aktivlər və Markdown, HTML, AsciiDoctor və ya Org-mode-də yazılmış məzmunu götürür və statik veb-sayt yaradır. Bəzi məşhur xüsusiyyətlərə birdən çox dilin dəstəklənməsi, şəklin emalı, aktivlərin idarə edilməsi, xüsusi çıxış formatları, markdown render qarmaqları və qısa kodlardır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ The hugo Open Source Project on Open Hub: Languages Page (ing.). // Open Hub. (İstifadə tarixi: 19 iyul 2018).
- ↑ Release 0.169.0 (ing.). github.com. 27 oktyabr 2026. (İstifadə tarixi: 28 oktyabr 2026).
- ↑ "Interview with Bjørn Erik Pedersen, Hugo lead developer". the New Dynamic. 3 oktyabr 2017. 25 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2019.
- ↑ "Apache License". Hugo website. 13 sentyabr 2017. 12 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2018.
- ↑ Friedman, Vitaly. "A Little Surprise Is Waiting For You Here. — Smashing Magazine". Smashing Magazine. 17 mart 2017. 25 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2019.
- ↑ "We rebuilt Cloudflare's developer documentation - here's what we learned". The Cloudflare Blog (ingilis). 27 may 2022. 15 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2022.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- gohugo.io — rəsmi saytı