Məzmuna keç

Kilis

Vikipediya, azad ensiklopediya
Kilis
كِلِّز
36°43′ şm. e. 37°07′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 610 km²
Mərkəzin hündürlüyü 632 m
Əhalisi
Əhalisi
  • 112.187 nəf. (2022)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 79000
Nəqliyyat kodu 79
Digər
kilis.bel.tr
Xəritəni göstər/gizlə
Kilis xəritədə
Kilis
Kilis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilis (türk. Kilis) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda yerləşən və Kilis ilinin mərkəzi olan şəhər.

Kilis şəhəri Qaziantep şəhərindən 55 km, Türkiyə-Suriya sərhədindən 10 km məsafədədir. Şəhərin dəniz səviyyəsindən orta yüksəkliyi 680 metrdir.

Şəhərin tarixinin miladdan 3 min il əvvələ qədər getdiyi hesab olunur. Şəhər müxtəlif dövrlərdə aşşurlar, hetlər, əhəmənilər, romalılar, bizanslılar, məmlüklər və osmanlıların hakimiyyəti altında olmuşdur. 636-cı ildə xəlifə Ömər bin Xəttab tərəfindən xilafətin torpaqlarına qatılmış Kilis bu dövrdə Bizans İmperiyasına qarşı sərhəd məntəqəsi rolunu oynayırdı. Şəhər sonralar Məmlük idarəsində olmuş, 1516-cı ildə isə Mərcidabık döyüşü nəticəsində I Səlim tərəfindən Osmanlı ərazilərinə birləşdirilərək Hələb vilayətinə daxil edilmişdir. Birinci Dünya müharibəsindən sonra ingilislər, ardınca isə fransızlar tərəfindən işğal olunmuş Kilis 1921-ci ilin 7 dekabrında işğaldan azad edilərək Türkiyə Cümhuriyyətinin inzibati bölgəsinə çevrilmişdir.[2]

Kilis əvvəllər Qaziantep ilinin bir ilçəsi idi. 1995-ci ilin 6 iyununda qəbul edilmiş qərarla Türkiyənin 79-cu ilinə çevrildi.[3]

  1. ↑ GEOnet Names Server. 11 iyun 2018.
  2. ↑ "Kilis Tarihi". 04-02-2024 tarixində arxivləşdirilib.
  3. ↑ "Tarihçe". 04-02-2024 tarixində arxivləşdirilib.