Kilo
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kilo – metrik sistemində 1000-i bildirən önşəkilçi. Hesablama texnikasında hesablamalar 2-nin qüvvətlərinə əsaslanır, buna görə də kilo çox zaman 1024 (210) ədədini işarə etmək üçün istifadə olunur. Konkret mənanı doğru müəyyənləşdirmək üçün, adətən, kiçik “k” hərfindən 1000-i böyüklər üçün isə böyük “K” hərfindən (1024-ü işarələmək üçün) istifadə olunur. Məsələn, “km” 1000 metri, K və ya Kbayt isə 1024 baytı bildirir.
Kilobit (ing. kilobit (K, Kbit)) – min iyirmi dörd (1024) bitdir.
Kilobit/saniyə (ing. kilobits per second (Kbps)) – verilənlərin (şəbəkədə) ötürülməsinin, 1024 bit/san kəmiyyətinin misilləri ilə ölçülən sürəti; məsələn, Apple Talk lokal hesablama şəbəkəsində ən yüksək ötürülmə sürəti təxminən 230 kbit/s və ya 235520 bit/san olur.
Kilobayt (Kb) (ing. kilobyte (KB, K, Kbyte)) – 1024 baytdır.
Kilohers (kHs) (ing. kilohertz (kHz)) – rəqs tezliyinin ölçüsü; 1000 Hersə və ya bir saniyədə 1000 dövrəyə ekvivalentdir.
Kilovatt-saat (ing. kilowatt-hour) – elektrik enerjisinin vahidi; 1000 vatt-saata bərabərdir.
Kilobod (ing. kilobaud) – min bod; rabitə kanalının buraxılış (daşıma) qabiliyyətinin ölçüsüdür.
Kibi (ing. kibi) – 210 qiymətini bildirmək üçün təklif olunmuş metrik önşəkilçi; kilo- önşəkilçisinin ikilik analoqudur.
Kibibayt (ing. kibibyte) – 1024 baytdır.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.