Məzmuna keç

Martin Buber

Vikipediya, azad ensiklopediya
Martin Buber
alm. Martin Buber‎
Doğum tarixi 8 fevral 1878(1878-02-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 iyun 1965(1965-06-13)[3][1][…] (87 yaşında)
Vəfat yeri
Dəfn yeri
Dövr müasir fəlsəfə
İstiqaməti Qərb fəlsəfəsi[d]
Əsas maraqları ontologiya, İudaizm, fəlsəfə, ədəbiyyat, tərcümə
Təsirlənib İmmanuel Kant, Sorn Kyerkeqor, Fridrix Nitsşe, Otto Ueyninger
Mükafatları İsrail mükafatı — 1958
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Martin Mardoxay Buber (8 fevral 1878[1][2][…], Vyana[3][4] – 13 iyun 1965[3][1][…], Qüds[3][4]) — alman-yəhudi filosofu və yazıçısı, iudaizm mütəfəkkiri.[5]

1896–99-cu illərdə Vyana, Leypsiq, Sürix və Berlində fəlsəfəni öyrənmiş, həmçinin Avropa və Asiyanın mistik ənənələrinə maraq göstərmişdir. 1898–1904-cü illərdə sionist hərəkatının demokratik fraksiyasında iştirak etmiş, lakin sonralar siyasi sionizmdən uzaqlaşmış, mədəni-milli yəhudi hərəkatının nüfuzlu ideoloquna çevrilmişdir. Buber dinc anarxizmə və M. Qandi ruhunda qeyri-zorakı təsir ideyalarına rəğbət bəsləyir, yəhudilərin Fələstində dövlətsiz və ordusuz azad kooperativ məskənlərinin olmasını arzulayırdı. Frankfurt-Mayn Universitetinin (1924–33), 1938-ci ildə Fələstinə mühacirət etdikdən sonra Yerusəlimdə Yəhudi Universitetinin (1938–51) professoru, 1960–62-ci illərdə İsrail Elmlər Akademiyasının prezidenti olmuşdur.[5]

İkinci dünya müharibəsindən sonra ABŞ və AFR-də mühazirələr oxumuş, ərəb -yəhudi düşmənçiliyini və Fələstin ərəblərinə münasibətdəki antihumanist hərəkətləri pisləmişdir. Əsas əsərləri: "Mən və Sən" ("Ich und Du", 1923), "İlahi Çarlığı" ("Königtum Gottes", 1932), "İnsanın problemi" ("Das Prob lem des Menschen", 1948) "Etiqadın iki obrazı", ("Zwei Glaubensweisen", 1950), "Xeyir və Şərin obrazları" ("Bilder von Gut und Böse", 1952) və s. Buberin fəlsəfəsi ekzistensializmə yaxındır; onun başlıca ideyası: varlıq Allah və insan, insan və dünya arasında "dialoq" kimidir. Yunan monologizminə qarşı duran "dialoq" ruhunu Buber Bibliyadakı dünya anlamında axtarırdı. Buber xasidizmin panteist ənənələrinə xüsusi diqqət ayırmışdır.[5]

  1. 1 2 3 4 Akiba Ernst Simon. Martin Buber (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 Martin Buber (ing.). // Internet Philosophy Ontology project. (İstifadə tarixi: 9 oktyabr 2017).
  3. 1 2 3 4 5 6 Бубер Мартин (rus.). // Большая советская энциклопедия: [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия. 1969—1978.
  4. 1 2 3 4 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 17 oktyabr 2026).
  5. 1 2 3 Buber// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 13.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]