Məzmuna keç

Mashup

Vikipediya, azad ensiklopediya
Mashup
Yarandığı dövr 1988

Mashup (ayrıca mesh, mash up, mash-up, blend və ya bootleg kimi də tanınır[1]) — adətən bir mahnı şəklində, əvvəlcədən yazılmış iki və ya daha çox mahnını bir araya gətirərək, bir mahnının vokalını digərinin musiqisinin üzərinə qüsursuz şəkildə yerləşdirməklə yaradılan və temposunun ən yaxşı şəkildə axışının təmin olunduğu musiqi janrı.[2] Bu cür işlər orijinal məzmunun "dəyişdirilməsi" ölçüsündə, Amerika Birləşmiş Ştatlarında müəllif hüquqları qanununun "ədalətli istifadə" doktrinası altında müəllif hüququ iddiasına qarşı mühafizə edilə bilər.[3]

1990-cı ildə Con Zornun (ing. John Zorn) Naked City albomu Ornet Koulmanın (ing. Ornette Coleman) "Lonely Woman" və Roy Orbisonun "Pretty Woman" mahnılarının bas gitara versiyasını ehtiva edir.[4]

1994-cü ildə Evolution Control Committee qrupu əl işi kaset albomları olan Gunderphonic ilə ilk müasir mashup treklərini buraxdı. Bu "Whipped Cream Mixes" Public Enemy akapellasını Herb Alpert və Tijuana Brass qrupunun instrumental hissələri ilə birləşdirirdi. İlk dəfə 1992-ci ilin əvvəllərində ev istehsalı kasetlərdə buraxılan bu əsər, daha sonra 7 düymlük vinilə basdırılmış və 1990-cı illərin ortalarında Eerie Materials tərəfindən paylanmışdı. Treklər Amerika Birləşmiş Ştatlarındakı universitet radio stansiyalarında şöhrət qazanmışdı.[5]

Pop Will Eat Itself adı Devid Quantik (ing. David Quantick) tərəfindən yazılmış və Jamie Wednesday qrupundan bəhs edən NME məqaləsindən götürülmüşdür. Bu məqalə populyar musiqinin sadəcə yaxşı ideyaları davamlı olaraq təkrar emal etdiyini, məhz buna görə də mükəmməl bir pop mahnısının bu ideyaların ən yaxşılarını tək bir parçada birləşdirməklə yazıla biləcəyi nəzəriyyəsini ortaya qoymuşdu.[6]

Mashup hərəkatı 2001-ci ildə Soulwax's Dewaele qardaşlarının 45 fərqli treki bir araya gətirdiyi 2 Many DJs qrupuna məxsus As Heard on Radio Soulwax Pt. 2 albomunun çıxması ilə yenidən sürət qazanmışdı; həmin il Kristina Aquleranın (ing. Christina Aguilera) vokalını New York's the Strokes qrupunun "Hard To Explain" gitar parçasıyla birləşdirən "A Stroke of Genie-us" adlı Aguilera remiksi də yayımlanmışdı.[7]

2003-cü ildə San-Fransiskoda başladılan Bootie, Amerika Birləşmiş Ştatlarında tamamilə mashup janrının inkişaf edən sənət növünə həsr olunmuş ilk klub gecəsi idi və hazırda Los-Anceles, Paris, Boston, Münxen və Nyu-York daxil olmaqla dünyanın müxtəlif şəhərlərində aylıq əyləncə gecələrinə ev sahibliyi edir. Əyləncə gecələrinin "A.D.D. Nəsli üçün Musiqi" şüarı İsrailin ilk mashup tərzinə həsr olunmuş "A.D.D" adlı əyləncə gecəsinin yaradılmasına da ilham vermişdi.[8] "Best of Bootie" mashup məcmu seriyası hər il beynəlxalq mashup klubu Bootie-nin yaradıcıları Adrian & the Mysterious D tərəfindən yığılır və istehsal edilir. Məcmular 2005-ci ildən bəri hər il dekabr ayında yayımlanır və hər bir albom 5000 GB-dan çox yükləmə yığmışdır.[9]

  1. ↑ Rojas, Pete. "Bootleg culture". Salon. 1 avqust 2002. 17 iyun 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
  2. ↑ Geoghegan, Michael; Klass, Dan. Podcast Solutions: The Complete Guide to Podcasting. 2005. səh. 45. ISBN 1-59059-554-8.
  3. ↑ "Code of Best Practices in Fair Use for Online Video". Center for Social Media, American University. 2 iyun 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
  4. ↑ Dancing in Your Head. Books.google.co.uk. 6 yanvar 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2014.
  5. ↑ [ölü keçid] [ölü keçid]
  6. ↑ "Who the hell is Clint Mansell?". Sickamongthepure.com. 10 oktyabr 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2014.
  7. ↑ Jam, Billy. "Music For Generation ADD: Mashups quietly mature into a thriving subculture". New York Press. 23 may 2007. 25 iyul 2008 tarixində orijinalından arxivləşdirilib.
  8. ↑ "Mashup best-of 2006 album". Boing Boing. 17 oktyabr 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2014.

Ədəbiyyat siyahısı

[redaktə | vikimətni redaktə et]