Məzmuna keç

Model Context Protocol

Vikipediya, azad ensiklopediya
Model Context Protocol
Loqonun şəkli
Yaradılma tarixi 25 noyabr 2024
Yaradıcı Anthropic
Veb-sayt modelcontextprotocol.io

Model Context Protocol (azərb. Model kontekst protokolu‎) və ya MCP — 2024-cü ilin noyabrında Anthropic tərəfindən təqdim edilmiş açıq standart və açıq mənbəli freymvork. O, böyük dil modelləri (LLM) kimi süni intellekt (Sİ) sistemlərinin xarici alətlər, sistemlər və məlumat mənbələri ilə inteqrasiya və məlumat mübadiləsi üsulunu standartlaşdırmaq məqsədi daşıyır.[1] MCP faylların oxunması, funksiyaların icrası və kontekstual sorğuların idarə edilməsi üçün standartlaşdırılmış interfeys təmin edir.[2] Elan edildikdən sonra protokol OpenAI və Google DeepMind də daxil olmaqla, aparıcı Sİ təminatçıları tərəfindən qəbul edilib.[3][4] 2025-ci ilin dekabrında Anthropic MCP-ni Linux Foundation nəzdində fəaliyyət göstərən Agentic AI Foundation-a ianə etdi.

  1. ↑ David, Emilia. "Anthropic releases Model Context Protocol to standardize AI-data integration". VentureBeat. 25 noyabr 2024. 15 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2025.
  2. ↑ Sitat səhvi: Yanlış <ref> teqi; "venturebeat 2025-03-27" adlı istinad üçün mətn göstərilməyib.
  3. ↑ Wiggers, Kyle. "OpenAI adopts rival Anthropic's standard for connecting AI models to data". TechCrunch. 25 mart 2025. 30 sentyabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2026.
  4. ↑ Wiggers, Kyle. "Google to embrace Anthropic's standard for connecting AI models to data". TechCrunch. 9 aprel 2025. 12 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2025.