Məzmuna keç

Papirus

Vikipediya, azad ensiklopediya
El-Lahun orta çarlığına aid olan papirus (təsərrüfat məlumatları qeyd edilib)

Papirus (yun. πάπυρος) və ya Biblios (βιβλίον — kitab) — qədim dövrdə (eramızdan 3000 il əvvəl) Misirdə və digər ölkələrdə yazı materialı, informasiya daşıyıcısı. Papirusların hazırlanması üçün su-bataqlıq bitkisi olan papirus topalağından (lat. Cyperus papyrus) istifadə edilirdi. Üzərində yazmaq üçün xüsusi perodan istifadə edilirdi. Tez bitən papirus bitkisi Nil çayının deltasında çox yayılmışdı, hazırda az bitir. Misirdə papirusun istehsalı olduqca geniş idi və burada fabriklər hətta xəlifələrin vaxtlarında da mövcud idilər.

R.Əliquliyev, P.Salmanova. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı, İnformasiya Texnologiyaları, 2013, 169 s.