Məzmuna keç

Samvel Babayan

Vikipediya, azad ensiklopediya
Samvel Babayan
erm. Սամվել Բաբայան
Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri
yanvar 1995 – avqust 1999
Şəxsi məlumatlar
Doğum tarixi 5 mart 1965(1965-03-05) (61 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Dağlıq Qarabağ Respublikası
Qoşun növü
Döyüşlər
Rütbəsi

Təltifləri Artsax Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Samvel Babayan (erm. Սամվել Անդրանիկի Բաբայան, 5 mart 1965, Xankəndi) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Dağlıq Qarabağ Müdafiə Ordusunun 1994–2000-ci illər arasında baş komandanı və Daşnaksutyun partiyasına bağlı olan Daşink partiyasının qondarma Qondarma Dağlıq Qarabağ Respublikasındakı nümayəndəsi. "Samo" ləqəbi ilə tanınır.[1] Xocalı soyqırımını törədənlərdən biridir.[2][3][4]

1988–1994-cü illər arasında Ermənistan ilə Azərbaycan arasında baş vermiş olan Birinci Qarabağ müharibəsində bir sıra önəmli rollarda çıxış etmişdir. Xüsusilə Laçın dəhlizinin açılması əməliyyatı ilə Şuşanın ələ keçirilməsi üçün nəzərdə tutulmuş hərəkatda bir sıra önəmli həmlələri ilə tanınmışdır. Ermənistan Müdafiə Nazirliyinə Serj Sarkisyanın gətirilməsi ilə 1993-cü ildə qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun baş komandanına çevrilmişdir. 2000-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti olmuş Arkadi Qukasyana etdiyi sui-qəsd planına görə istintaqa cəlb olunmuş və 15 il həbsə məhkum edilmiş olsa da, o, cəmi 4 il həbs həyatı yaşadıqdan sonra əfv edilmiş və azadlığa buraxılmışdır.[5]

  1. ↑ "Arxivlənmiş surət". 6 fevral 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2019.
  2. ↑ "Xocalı canilərindən biri Samvel Babayan artıq İrəvandadır. » Teref.az". Teref.az. 19 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2023.
  3. ↑ AJM, www ajmedia info |. "Xocalı qatili Samvel Babayan QORXUYA DÜŞDÜ: "Azərbaycanın siyahısında mən də varam"". Ajmedia.info.
  4. ↑ "Samvel Babayan Qarabağdan necə qaçdığını AÇIQLADI – Unikal.az". unikal.az. 29 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2023.
  5. ↑ "Arxivlənmiş surət". 4 oktyabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2019.