Məzmuna keç

TSMC

Vikipediya, azad ensiklopediya
TSMC
台灣積體電路製造股份有限公司(台積電)
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye yarımkeçirici sənayesi[d]
Məhsulları mərkəzi prosessor, Yarımkeçirici qurğuların istehsalı
Təsis tarixi 21 fevral 1987
Baş qərargahın yeri Sinçju Elm Parkı, Tayvan
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 2.168.286.553.000 Yeni Tayvan dolları (2021)[1]
Ümumi aktivlər
  • 3.725.503.455.000 Yeni Tayvan dolları (2021)[1]
Ümumi gəliri
  • 1.587.415.037.000 Yeni Tayvan dolları (2021)[1]
Xalis mənfəəti
  • 597.073.134.000 Yeni Tayvan dolları (2021)[1]
Əməliyyat mənfəəti
  • 649.980.897.000 Yeni Tayvan dolları (2021)[1]
Struktur
İşçi sayı
  • 65.152 nəf. (2021)[1]
Rəhbərlik
Təsisçi Moris Çanq
Rəhbərlik Çe-Çia Vey — prezident, idarə heyətinin sədri və baş icraçı direktor.[2]
tsmc.com
tsmc.com/chinese
tsmc.com/schinese
tsmc.com/japanese
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taiwan Semiconductor Manufacturing Company Limited (çin. 台灣積體電路製造股份有限公司; Taiwan Semiconductor və ya TSMC kimi qısaldılır, bütünlüklə kiçik hərflərlə yazılır)[3][4] – Tayvanın transmilli yarımkeçirici müqaviləli istehsal və layihələndirmə şirkətidir. Baş qərargahı Sinçju Elm Parkında yerləşən bu müəssisə, bazar kapitallaşmasına görə ABŞ-dan kənarda fəaliyyət göstərən dünyanın ən böyük şirkətlərindən biridir.[5] Şirkət yarımkeçirici tökmə bazarında lider mövqeyə sahibdir və qlobal bazar payının təxminən 70 faizini nəzarətdə saxlayır. Dünyanın aparıcı ixtisaslaşmış müqaviləli çip istehsalçısı kimi Nvidia, Apple, Broadcom və Qualcomm şirkətlərinin əsas təchizatçısı rolunu oynayır.[6][7] Müəssisə süni intellekt bumu və bu texnologiya üçün tələb olunan təkmilləşdirilmiş çiplərin istehsalındakı mühüm rolu sayəsində sürətlə böyümüşdür.[8] Onun təchizat zəncirindəki strateji darboğaz mövqeyi, fəaliyyətindəki hər hansı bir axsamanın növbəti qlobal çip qıtlığına səbəb ola biləcəyi narahatlığını yaradır.[9]

Çin Respublikasının hökuməti ən böyük fərdi səhmdar olsa da,[10] TSMC-nin böyük hissəsi xarici investorlara məxsusdur.[11] 2025-ci ildə şirkət "Forbes Global 2000" siyahısında 38-ci yerdə qərarlaşmışdır.[12] Tayvanın inteqral sxemlərin ixracı 2022-ci ildə 184 milyard dollar təşkil etmişdir ki, bu da Tayvanın ÜDM-nin təxminən 25 faizinə bərabərdir. TSMC Tayvan Fond Birjasının əsas indeksinin təxminən 30 faizini təşkil edir.[13][14]

TSMC 1987-ci ildə Tayvan hökuməti, Sənaye Texnologiyaları Tədqiqat İnstitutu (ITRI) və özəl investorların birgə müəssisəsi kimi təsis edilmişdir. Moris Çanq ilk olaraq ITRI-da hazırlanmış yarımkeçirici tədqiqatlarını kommersiyalaşdırmaq məqsədilə şirkəti qurmuş və beləliklə, dünyanın ilk ixtisaslaşmış yarımkeçirici tökmə müəssisəsini yaratmışdır.[15][16] 31 illik TSMC rəhbərliyindən sonra Çanq 2018-ci ildə təqaüdə çıxdıqda, Mark Lyu idarə heyətinin sədri, Si Si Vey isə icraçı direktor oldu.[17][18] Şirkət 1993-cü ildən Tayvan Fond Birjasında listinqə daxil edilmişdir; 1997-ci ildə isə Nyu-York Fond Birjasında siyahıya keçən ilk Tayvan şirkəti olmuşdur. 1994-cü ildən bəri TSMC gəlirlərdə 17,4 faiz, mənfəətdə isə 16,1 faiz mürəkkəb illik artım tempi (CAGR) nümayiş etdirmişdir.[19]

AMD, Apple, ARM, Broadcom, Marvell, MediaTek, Qualcomm və Nvidia kimi fabless (faktiki istehsal obyekti olmayan) yarımkeçirici şirkətlərin böyük əksəriyyəti, həmçinin Allwinner Technology, HiSilicon, Spectra7 və UNISOC kimi yeni yaranan şirkətlər TSMC-nin müştəriləridir.[20] Proqramlaşdırıla bilən məntiqi qurğular istehsal edən Xilinx və əvvəllər Altera da TSMC-nin tökmə xidmətlərindən istifadə edir və ya etmişdir.[21] Öz istehsal obyektlərinə malik olan Intel, NXP, STMicroelectronics və Texas Instruments kimi bəzi inteqrasiya olunmuş cihaz istehsalçıları da istehsallarının bir hissəsini TSMC-yə həvalə edirlər.[22][23]

2020-ci ilə olan məlumata görə, TSMC il ərzində 300 mm-ə bərabər olan təxminən on üç milyon lövhə istehsal etmək qabiliyyətinə malikdir və müştərilər üçün 2 mikrondan 3 nanometrədək olan texnoloji düyünlərdə çiplər istehsal edir. TSMC 7 nanometrlik və 5 nanometrlik (2020-ci il Apple A14 və M1 SoC-ləri, MediaTek Dimensity 8100 və AMD Ryzen 7000 seriyalı prosessorları tərəfindən istifadə olunur) istehsal imkanlarını bazara çıxaran və ASML-in ekstremal ultrabənövşəyi (EUV) litoqrafiya texnologiyasını böyük həcmdə kommersiyalaşdıran ilk tökmə müəssisəsi olmuşdur.

1986-cı ildə İcraedici Yuanı təmsil edən Li Quo-tinq Moris Çanqı Sənaye Texnologiyaları Tədqiqat İnstitutunun (ITRI) prezidenti vəzifəsinə dəvət etdi və Tayvanın çip sənayesini qurması üçün ona istədiyi maliyyə sərbəstliyini təklif etdi. Həmin dövrdə Tayvan hökuməti öz yarımkeçirici sənayesini inkişaf etdirmək istəyirdi, lakin yüksək investisiya tələbi və böyük risklər investor tapmağı çətinləşdirirdi. Texas Instruments və Intel Çanqın təklifini rədd etdi. Yalnız Philips Tayvan ilə birgə müəssisə müqaviləsi imzalamağa razı oldu; şirkət 58 milyon dollar sərmayə qoymaq, istehsal texnologiyasını ötürmək və əqli mülkiyyət lisenziyasını vermək müqabilində TSMC-də 27,6 faizlik pay əldə etdi. Səxavətli vergi güzəştləri ilə yanaşı, Tayvan hökuməti İcraedici Yuanın Milli İnkişaf Fondu vasitəsilə TSMC-nin ilkin kapitalının daha 48,3 faizini təmin etdi. Kapitalın 20 faizi isə adanın plastik, tekstil və kimya sahələrində ixtisaslaşmış ən varlı ailələrinə məxsus səkkiz özəl şirkətdən (Formosa Plastics Group-un 5%-dən, CAPCO-nun 5%-dən Taiyuan Textile-in 1%-nə qədər) toplandı. Bu imkanlı tayvanlılara sərmayə qoymaq birbaşa hökumət tərəfindən Tapşırılmışdı. Kapitalın qalan 4,1 faizi isə Tayvanın o dövrdəki hakim partiyasının investisiya qolu olan Qomindan Mərkəzi İnvestisiya Şirkətindən gəldi.[24]

Yarandığı ilk gündən TSMC tamamilə özəl bir şirkət olmaqdan ziyadə, əsasən Tayvan dövlətinin layihəsi kimi fəaliyyət göstərmişdir.[25][26][27] Şirkətin ilk icraçı direktoru bir ildən sonra vəzifəsindən ayrılan Ceyms E. Dayks olmuş və bundan sonra baş icraçı direktor vəzifəsini Moris Çanq öz üzərinə götürmüşdür.[28] Başlanğıcda Philips TSMC-də 27,5 faizlik paya sahib olsa da, onun təsiri maliyyə sərmayəsindən daha uzağa gedirdi. Philips kapitalla yanaşı, yarımkeçirici istehsal texnologiyasını, əqli mülkiyyəti və patentləri TSMC-yə ötürməklə şirkətin daha sürətlə böyüməsində mühüm rol oynadı. Həmçinin TSMC-nin ilk icraçı direktoru, əvvəllər Philips Şimali Amerikada çalışmış Ceyms E. Dayksı da Philips təmin etmişdi. Bu tərəfdaşlıq "fab-light" (az istehsalatlı) strategiyasının erkən nümunələrindən biri idi, çünki Philips öz daxili yarımkeçirici istehsalını tədricən azaldır və TSMC kimi kənar tökmə müəssisələrinə daha çox arxalanırdı. Növbəti onilliklər ərzində Philips TSMC-dəki payını tədricən satdımış və əsas diqqətini səhiyyə texnologiyalarına yönəltmişdir.[29]

O vaxtdan bəri şirkət, tələbatın dövrü dəyişikliklərinə məruz qalsa da, böyüməyə davam etmişdir. 2011-ci ildə TSMC artan rəqabəti dəf etmək üçün tədqiqat və işlənmə xərclərini təxminən 39 faiz artıraraq 50 milyard Tayvan dollarına çatdırmağı planlaşdırırdı.[30] Şirkət həmçinin güclü bazar tələbatını qarşılamaq məqsədilə 2011-ci ildə istehsal gücünü 30 faiz genişləndirməyi nəzərdə tuturdu.[31] 2014-cü ilin may ayında TSMC-nin Direktorlar Şurası gözləniləndən daha yüksək tələbat proqnozlaşdırdıqdan sonra istehsal imkanlarını artırmaq və təkmilləşdirmək üçün 568 milyon ABŞ dolları həcmində kapital ayrılmasını təsdiqlədi.[32] 2014-cü ilin avqust ayında isə İdarə Heyəti əlavə 3,05 milyard ABŞ dolları məbləğində kapital vesaitinin ayrılmasını bəyəndi.[33]

2011-ci ildə TSMC-nin Apple-ın iPad və iPhone cihazları üçün A5 və A6 çiplərinin sınaq istehsalına başladığı bildirildi.[34][35] 2014-cü ilin may hesabatlarına əsasən,[36] Apple A8 və A8X çiplərini məhz TSMC-dən tədarük etmişdir.[37][38] Daha sonra Apple iPhone 6S-in təqdimatı üçün həcmi artırmaq məqsədilə A9 çipini həm TSMC, həm də Samsung-dan, A9X çipini isə eksklüziv olaraq TSMC-dən aldı və beləliklə, bir çipin iki fərqli mikroarxitektura ölçüsündə tədarük edilməsi problemini həll etdi. 2014-cü ilə olan məlumata görə, Apple TSMC-nin ən mühüm müştərisi idi.[38][39] 2014-cü ilin oktyabrında ARM və TSMC ARM əsaslı 10 nm FinFET prosessorlarının hazırlanması üçün yeni çoxillik müqavilə elan etdilər.[40]

Tsai İnq-ven administrasiyasının etirazına baxmayaraq, 2017-ci ilin mart ayında TSMC Nankində istehsalat törəmə müəssisəsi yaratmaq üçün 3 milyard ABŞ dolları həcmində investisiya qoydu.[41]

2020-ci ildə TSMC 2050-ci ilə qədər 100 faiz bərpa olunan enerjidən istifadə etmək öhdəliyi götürərək "RE100" təşəbbüsünə qoşulan dünyada ilk yarımkeçirici şirkəti oldu.[42] TSMC Tayvandakı enerji istehlakının təxminən 5 faizini təşkil edir ki, bu da hətta paytaxt Taypey şəhərinin göstəricisini üstələyir.[43] Bu səbəbdən həmin təşəbbüsün ölkədə bərpa olunan energiyə keçidi sürətləndirəcəyi gözlənilirdi. 2020-ci il üçün TSMC-nin konsolidə edilmiş gəliri 45,51 milyard ABŞ dolları, xalis mənfəəti isə 17,60 milyard ABŞ dolları olmuşdur ki, bu da 2019-cu ildəki 34,63 milyard dollarlıq konsolidə edilmiş gəlir və 11,18 milyard dollarlıq xalis mənfəət göstəricilərindən müvafiq olaraq 31,4 faiz və 57,5 faiz çoxdur.[44] 2021-ci ilin aprelində şirkətin bazar kapitallaşması 550 milyard dollardan çox idi. 2020-ci ilin birinci rübündə TSMC-nin gəliri 10 milyard ABŞ dollarına, bazar kapitallaşması isə 254 milyard dollar çatdı.[45] 2010-cu ilin dekabrında TSMC-nin bazar kapitallaşması 1,9 trilyon Tayvan dolları (63,4 milyard ABŞ dolları) dəyərinə çatmışdı.[46][47] Şirkət "FT Global 500" siyahısının 2013-cü il buraxılışında 86,7 milyard dollarlıq kapitallaşma ilə dünyanın en dəyərli şirkətləri arasında 70-ci yerdə qərarlaşmış, 2014-cü ilin mayında isə bu göstərici 110 milyard dollara çatmışdı.[48] 2017-ci ilin mart ayında TSMC-nin bazar kapitallaşması ilk dəfə yarımkeçirici giqantı Intel-i üstələyərək 5,14 trilyon Tayvan dollarına (168,4 milyard ABŞ dolları) çatdı; həmin vaxt Intel-in göstəricisi 165,7 milyard dollar idi.[46][49] 2020-ci il iyunun 27-də TSMC 410 milyard dollarlıq bazar kapitallaşması ilə qısa müddət ərzində dünyanın 10-cu ən dəyərli şirkəti oldu.[50]

Tayvan ilə Çin Xalq Respublikası arasında müharibə baş verəcəyi təqdirdə biznes risklərini azaltmaq məqsədilə, TSMC şirkəti 2020-ci illərin əvvəllərindən etibarən coğrafi fəaliyyət sahəsini genişləndirmiş, Yaponiya və Amerika Birləşmiş Ştatlarında yeni zavodlar açmış, həmçinin Almaniyaya doğru növbəti genişlənmə planları hazırlamışdır.[51] 2020-ci ilin iyul ayında TSMC şirkəti Çinin telekommunikasiya avadanlıqları istehsalçısı "Huawei" və onun törəmə müəssisəsi olan "HiSilicon"a silisium lövhələrinin çatdırılmasını sentyabrın 14-dək dayandıracağını rəsmən təsdiqlədi.[52][53] 2020-ci ilin noyabr ayında Amerika Birləşmiş Ştatlarının Arizona ştatında yerləşən Finiks şəhərinin rəsmiləri TSMC-nin şəhərdə 12 milyard dollar dəyərində çip zavodu tikmək planını təsdiqlədilər. ABŞ-də zavod yerləşdirmək qərarı Tramp administrasiyasının dünya elektronikasının ABŞ-dən kənarda istehsal olunması ilə bağlı problemlər barədə xəbərdarlıq etməsindən sonra verildi.[54] 2021-ci ildə yayılan xəbərlərdə iddia edilirdi ki, bu obyekt altı zavodla birlikdə təxminən 35 milyard dollarlıq bir sərmayəyə çatdırılaraq üç dəfə böyüdülə bilər.[55]

2021-ci ilin iyun ayında, COVID-19 peyvəndi qıtlığı ilə bağlı təxminən bir il davam edən ictimai qalmaqallardan sonra — hansı ki, 23,5 milyonluq əhalinin yalnız 10 faizi peyvənd olunmuşdu[56][57][58][59] — Tayvan hökuməti TSMC və "Foxconn" şirkətlərinə onun adından birgə COVID-19 peyvəndi almaq üçün danışıqlar aparmağa icazə verməyə razılaşdı.[60][56] 2021-ci ilin iyul ayında "BioNTech" şirkətinin Çindəki satış tempi agenti "Fosun Pharma" elan etdi ki, hər iki texnologiya istehsalçısı Almaniyadan 10 milyon doza "BioNTech" COVID-19 peyvəndinin satın alınması barədə razılığa gəlib. TSMC və "Foxconn" şirkətlərinin hər biri Tayvanın peyvəndləmə proqramına bağışlamaq məqsədilə 175 milyon dollara qədər məbləğdə beş milyon doza peyvənd almağı öhdələrinə götürdülər.[58][56]

2020–2023-cü illərdə baş verən qlobal yarımkeçirici qıtlığı səbəbindən Tayvanın rəqib şirkəti United Microelectronics qiymətləri təxminən 7–9 faiz artırdı, TSMC-nin daha köhnə prosessorlarının qiymətləri isə təxminən 20 faiz qaldırıldı.[61] 2021-ci ilin noyabrında TSMC və Sony şirkətləri TSMC-nin Yaponiyanın Kumamoto şəhərində Japan Advanced Semiconductor Manufacturing (JASM) adlı yeni törəmə müəssisə təsis edəcəyini elan etdilər. Törəmə şirkət 22 və 28 nanometrlik proseslər üzrə istehsal həyata keçirir. İlkin investisiya təxminən 7 milyard dollar təşkil edirdi ki, bunun da təxminən 500 milyon dollarını Sony 20 faizdən az pay almaq üçün yatırmışdı. İstehsalat zavodunun tikintisinə 2022-ci ildə başlanıldı və istehsal iki il sonra, yəni 2024-cü ildə start götürdü.[62]

2022-ci ilin fevralında, avtomobillər üçün çip qıtlığı fonunda TSMC, Sony Semiconductor Solutions və Denso şirkətləri Denso-nun 0,35 milyard ABŞ dolları həcmində investisiya qoyaraq JASM-də 10 faizdən çox pay sahibi olacağını elan etdilər. TSMC həmçinin əvvəllər elan edilmiş 22/28 nanometrlik prosesə əlavə olaraq JASM-in imkanlarını 12/16 nanometrlik FinFET texnologiyası ilə gücləndirəcək və aylıq istehsal gücünü 45 000-dən 55 000 ədəd 12 düymlük lövhəyə qədər artıracaq. JASM-in Kumamoto zavodu üçün ümumi kapitallaşma xərclərinin təxminən 8,6 milyard ABŞ dolları olacağı təxmin edilir. ABŞ və Çin arasındakı ticarət gərginliyi təchizat zəncirlərini pozmaqla hədələdiyi bir vaxtda Yaponiya hökuməti JASM-in Yaponiyanın elektron cihaz istehsalçılarını və avtomobil şirkətlərini vacib çiplərlə təmin etməsini istəyir. Zavodun birbaşa olaraq yüksək texnologiya sahəsində təxminən 1700 mütəxəssis iş yeri yaratması gözlənilir.[63][64][65]

2022-ci ilin iyulunda TSMC şirkəti ikinci rübdə xalis mənfəətinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 76,4 faiz artaraq rekord həddə çatdığını elan etdi. Şirkət avtomobil və məlumat mərkəzi (data center) sektorlarında sabit artım müşahidə etsə də, istehlak bazarında müəyyən zəifləmə qeydə alındı. Kapitallaşma xərclərinin bir hissəsinin 2023-cü ilə keçiriləcəyi proqnozlaşdırılır.[66] 2022-ci ilin üçüncü rübündə Berkshire Hathaway şirkəti TSMC-də 60 milyon səhm alaraq 4,1 milyard dollarlıq pay əldə etdiyini və bunun texnologiya şirkətlərindəki ən böyük sərmayələrindən birinə çevrildiyini açıqladı.[67] Lakin geopolitical gərginlikləri səbəb gətirərək Berkshire növbəti rübədək payının 86,2 faizini satdı.[68][69] 2024-cü ilin fevralında TSMC səhmləri rekord həddə çatdı; ticarət günü ərzində ən yüksək qiymət 709 Yeni Tayvan dolları (NT$), bağlanış qiyməti isə 697 NT$ (+8%) oldu. Buna çip dizayneri Nvidia şirkətinin hədəf qiymətinin artırılması təsir göstərdi. TSMC hazırda 3 nanometrlik çiplər istehsal edir və 2025-ci ildə 2 nanometrlik çiplərin kütləvi istehsalına başlamağı planlaşdırır.[70] Şirkət FTSE4Good İndeksinə daxildir və ilk onluqda yer alan yeganə Asiya şirkətidir.[71]

2024-cü ilin oktyabrında TSMC Birləşmiş Ştatların Ticarət Departamentinə ixrac nəzarətinin ehtimal olunan pozulması barədə məlumat verdi; belə ki, şirkətin ən qabaqcıl çiplərindən biri Çin hökuməti ilə əlaqəsi olan başqa bir şirkət vasitəsilə Huawei-yə göndərilmişdi.[72][73][74]

2025-ci ilin iyununda TSMC "TSMC-UTokyo Lab" (TSMC-Tokio Universiteti Laboratoriyası) laboratoriyasının yaradıldığını elan etdi və bu, şirkətin xarici universitetlə ilk birgə tədqiqat laboratoriyası oldu.[75][76] 2025-ci ilin avqustunda TSMC iki hazırkı və altı keçmiş əməkdaşının şirkətin qabaqcıl 2nm prosesi ilə bağlı ticari sirr təşkil edən məlumatları qanunsuz yolla əldə etdiyini bildirdi.[77] Onlardan biri Yaponiyanın yarımkeçirici sahəsindəki "Rapidus" təşəbbüsünün tərəfdaşı olan "Tokyo Electron" şirkətində işləməyə başlamışdı, lakin sonradan işdən azad edildi.[78][79] Tayvan səlahiyyətliləri tərəfindən bir neçə şübhəli həbs olundu.[80]

2026-cı ilin yanvarında şirkət dördüncü rüb üzrə mənfəətin 35% artdığını bildirdi. Süni intellekt çiplərinə olan tələbatın güclü qalması səbəbindən bu göstərici əvvəlki təxminlərdən yüksək olaraq yeni rekorda imza atdı.[81]

2026-cı ilin aprelində TSMC Şimali Amerika Texnologiya Simpoziumunda A13 proses texnologiyasını təqdim etdi. Şirkət A13-ü 2025-ci ildə elan edilmiş A14 prosesinin birbaşa kiçildilmiş versiyası kimi təsvir edərək bildirdi ki, bu texnologiya yeni nəsil süni intellekt, yüksək məhsuldarlıqlı hesablamalar (HPC) və mobil tətbiqlərə olan tələbatı qarşılamaq üçün daha kompakt və səmərəli dizaynlar yaratmağa imkan verir. TSMC həmçinin qeyd etdi ki, A13 A14 ilə müqayisədə sahəyə 6% qənaət edir və A14 dizayn qaydaları ilə tam geriyə uyğunluğu saxlayır, bu da müştərilərə dizaynları ən son nano-vərəq (nanosheet) tranzistor texnologiyasına rahatlıqla keçirməyə şərait yaradır.[82]

2026-cı ilin mayında TSMC "Vanguard International Semiconductor" (VIS) şirkətindəki 152 milyonadək səhmini blok əqdi (block trade) vasitəsilə institusional investorlara satmaq planlarını elan etdi. Şirkət bildirdi ki, bu satış onun VIS-dəki payını tam durulaşdırılmış əsasda təxminən 27,1%-dən təxminən 19%-ə endirəcək. TSMC bu əməliyyatın resursları əsas biznes fəaliyyətinə cəmləmək məqsədi daşıdığını və yaxın gələcəkdə əlavə VIS səhmləri satmaq niyyətində olmadığını əlavə etdi. Şirkət həmçinin bəyan etdi ki, bu satış VIS ilə interpozer istehsalının autsorsinqi və qallium nitrid (GaN) texnologiyasının lisenziyalanması da daxil olmaqla strateji əməkdaşlığa təsir göstərməyəcək.[83]

2026-cı ilin iyulunda Reuters xəbər verdi ki, TSMC ikinci rüb üzrə xalis mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 77% artıraraq rekord göstəriciyə — 706,6 milyard Yeni Tayvan dollarına (22 milyard ABŞ dolları) çatdırıb və analitiklərin gözləntilərini üstələyib. Reuters-in məlumatına görə, şirkət süni intellekt çiplərinə olan güclü tələbatın davam etməsini əsas gətirərək 2026-cı il üçün kapital xərcləri proqnozunu əvvəlki 52-56 milyard dollar aralığından 60-64 milyard ABŞ dollarına qaldırıb. Reuters həmçinin xəbər verdi ki, TSMC 2026-cı il üçün gəlir artımı proqnozunu ABŞ dolları ifadəsində əvvəlki 30%-dən çox göstəricidən 40%-dən bir qədər yuxarı səviyyəyə qaldırıb.[84]

GlobalFoundries ilə patent mübahisəsi

26 avqust 2019-cu ildə GlobalFoundries ABŞ və Almaniyada TSMC-yə qarşı bir neçə patent pozuntusu iddiası qaldıraraq TSMC-nin 7 nm, 10 nm, 12 nm, 16 nm və 28 nm düyünlərinin onun 16 patentini pozduğunu iddia etdi.[85] GlobalFoundries iddiada iyirmi cavabdehin adını çəkdi. TSMC isə bu iddiaların əsassız olduğuna əmin olduğunu bildirdi.[86][87] 1 oktyabr 2019-cu ildə TSMC ABŞ, Almaniya və Sinqapurda GlobalFoundries-ə qarşı patent pozuntusu iddiaları qaldıraraq GlobalFoundries-in 12 nm, 14 nm, 22 nm, 28 nm və 40 nm düyünlərinin onun 25 patentini pozduğunu iddia etdi.[88] 29 oktyabr 2019-cu ildə TSMC və GlobalFoundries mübahisənin həll olunduğunu elan etdilər və mövcud bütün yarımkeçirici patentləri, eləcə də növbəti 10 il ərzində alınacaq yeni patentlər üçün patent müddəti boyunca qüvvədə olan qarşılıqlı lisenziyalaşdırma müqaviləsi bağlamağa razılaşdılar.[89][90][91][92][93] GlobalFoundries-in baş icraçı direktoru Tomas Kolfild bildirmişdir ki, bu razılaşma "hər iki şirkətə diqqəti innovasiyalara yönəltməyə və bütün dünyadakı müştərilərimizə daha yaxşı xidmət göstərməyə imkan verir".[94]

  1. 1 2 3 4 5 6 TSMC Annual Report 2021 (ing.). investor.tsmc.com.
  2. ↑ "TSMC Shareholders Elect Board of Directors; Board of Directors Unanimously Elects Dr. C.C. Wei as Chairman and CEO". TSMC. 4 iyun 2024. 7 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2024.
  3. ↑ Zacks Equity Research. "What's in Store for Taiwan Semiconductor's (TSM) Q1 Earnings?". Yahoo! Finance. 13 aprel 2021. 14 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2021.
  4. ↑ The Value Portfolio. "Taiwan Semiconductor Stock: Great Company, But Valuation Too High (NYSE:TSM)". SeekingAlpha. 16 aprel 2021. 16 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2021.
  5. ↑ "Global Pure Foundry Market Share: Quarterly". counterpointresearch.com (ingilis). 17 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2026.
  6. ↑ "TSMC Q4 profit poised to soar 27% as AI demand drives growth". Reuters. 11 yanvar 2026. 12 yanvar 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2026.
  7. ↑ "TSMC: lessons in strategy and operational excellence from the world's chipmaker". IESE Insight. 1 sentyabr 2025. 19 dekabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2026.
  8. ↑ Tae Kim; Adam Clark. "TSMC Stock Surges After Earnings Beat. What It Means for the Market's AI Boom". Barron's (ingilis). 5 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2026.
  9. ↑ Tripp Mickle. "The Looming Taiwan Chip Disaster That Silicon Valley Has Long Ignored". The New York Times (ingilis). 24 fevral 2026. ISSN 0362-4331. İstifadə tarixi: 25 mart 2026.
  10. ↑ "Taiwan Semiconductor Manufacturing Company Limited (2330)". Nikkei Asia. 13 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2023.
  11. ↑ "TSMC becomes safe haven for foreign investors; market cap hits high". Taiwan News. Central News Agency. 17 mart 2016. 26 mart 2022 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2021.
  12. ↑ "The Global 2000 2025". Forbes. 12 yanvar 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2026.
  13. ↑ Yang, Charlotte. "Taiwan Stock Index Climbs to Record High on Optimism Over AI – BNN Bloomberg". BNNBloomberg. Bloomberg. 14 fevral 2024. 31 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2024.
  14. ↑ "Taiwan's economic outlook: a challenging year as global semiconductor sales slump". Think.ing. 25 aprel 2023. 7 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2024.
  15. ↑ "Company Info". TSMC. 6 noyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2010.
  16. ↑ "D&R Foundry Corner – TSMC". Design & Reuse. 22 may 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2014.
  17. ↑ Jennings, Ralph. "How Taiwan Chipmaker TSMC Will Prosper For 5 More Years Without Its Iconic Founder". Forbes. 9 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2020.
  18. ↑ Horwitz, Josh. "After spawning a $100 billion industry, Taiwan's "godfather" of computer chips is retiring". Quartz. 5 iyun 2018. 10 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2020.
  19. ↑ Phillips, Tim. "Forget China Mobile. Buy This Stock to Play the 5G and AI Supercycle". The Motley Fool Hong Kong (çin). 11 mart 2020. 5 avqust 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2020.
  20. ↑ Abrams, Randy, Asia Semiconductor Sector (Sector Review), Asia Pacific Equity Research, Credit Suisse, 25 noyabr 2013, 1, 3
  21. ↑ Nenni, Daniel. "Morris Chang on Altera and Intel". SemiWiki. 25 aprel 2013. 29 avqust 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2014.
  22. ↑ "Intel Outsourcing Some Atom Manufacturing to TSMC". The Oregonian. 2 mart 2009. 23 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2010.
  23. ↑ Loukil, Ridha. "STMicroelectronics envisage la création de deux usines de puces avec l'aide des Etats français et italien". Ousine Nouvelle (fransız). 9 oktyabr 2017. 14 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2018.
  24. ↑ Chang (張), Morris (忠謀). 張忠謀自傳 (下冊) [Morris Chang: An Autobiography, Volume 2] (Traditional Chinese). Taiwan: 天下文化 (29 noyabr 2024 tarixində nəşr olunub). 2024. 366–367. ISBN 978-6263559752.
  25. ↑ Miller, Chris. Chip War: The Fight for the World's Most Critical Technology. Scribner. 2022. səh. 167. ISBN 978-1982172008. İstifadə tarixi: 16 iyul 2023.
  26. ↑ "猶太人與台積電的奇特淵源". Up Media (çin). 16 fevral 2021. 30 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  27. ↑ "與飛利浦數度交手" (çin). CommonWealth Magazine. 1 aprel 1997. 14 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  28. ↑ Nenni, Daniel. "Taiwan Semiconductor Outlook May 1988". Semiwiki. 26 noyabr 2023. 25 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2023.
  29. ↑ "The Silicon Empire: TSMC's Revolution and Morris Chang's Legacy". Quartr. 26 avqust 2024. 28 mart 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2025.
  30. ↑ Wang, Lisa. "TSMC plans to increase research spending". Taipei Times. 21 dekabr 2010. 24 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2010.
  31. ↑ "TSMC to expand capacity by 30% in 2011". China Knowledge. 8 dekabr 2010. 8 iyul 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2010.
  32. ↑ "TSMC forecasts 22 percent Q2 growth". Taipei Times. 18 aprel 2014. 22 may 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2014.
  33. ↑ "TSMC Board of Directors Meeting Resolutions". TSMC. 12 avqust 2014. 16 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2021.
  34. ↑ "TSMC Kicks Off A6 Processor Trial Production with Apple". Chinese Economic News Service. 12 avqust 2011. 27 sentyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2011.
  35. ↑ Velazco, Chris. "TSMC Beginning Production Of Apple's New A6 Processor". TechCrunch. 12 avqust 2011. 23 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2017.
  36. ↑ Oliver, Sam. "Apple begins receiving shipments of A-series processors from TSMC – report". AppleInsider. 10 iyul 2014. 2 noyabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2014.
  37. ↑ "TSMC to Snatch All of Apple's A8 chip Orders?". TechNews. 17 fevral 2014. 24 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2014.
  38. 1 2 Crothers, Brooke. "Apple driving move to 64-bit mobile processors, TSMC says". CNET. 17 aprel 2014. 21 may 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2014.
  39. ↑ "Apple chips to be 20% of TSMC sales". Taipei Times. 15 aprel 2014. 22 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2014.
  40. ↑ Collins, Mark. "ARM Partnered With TSMC For 10nm FinFET Processors". GSM Insider. 8 oktyabr 2014. 13 oktyabr 2014 tarixində orijinalından arxivləşdirilib.
  41. ↑ Xin, Qiang. Selective Engagement: Mainland China's Dual-Track Taiwan Policy // Zhao, Suisheng (redaktor). The Taiwan Question in Xi Jinping's Era: Beijing's Evolving Taiwan Policy and Taiwan's Internal and External Dynamics. London and New York: Routledge. 2024. ISBN 9781032861661.
  42. ↑ "TSMC Leads Rush for Renewables Ahead of Taiwan Energy Vote". Bloomberg.com. 8 dekabr 2021. 7 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 dekabr 2021.
  43. ↑ Tsai, Alynne. "TSMC's push toward green energy". Taipei Times. 17 iyul 2020. 19 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 dekabr 2021.
  44. ↑ "Annual Reports". TSMC. 20 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2021.
  45. ↑ Lee, Yimou. "TSMC Q1 profit almost doubles but trims full-year revenue estimate on pandemic". U.S. 16 aprel 2020. 17 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2020.
  46. 1 2 "Taiwan Semiconductor Manufacturer (TSM) Stock Price, Quote, History & News – Yahoo Finance". Finance.yahoo.com. 28 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2020.
  47. ↑ "Market capitalization of TSMC reaches a historic high: CEO". AsiaOne Business. 21 dekabr 2010. 28 iyul 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2010.
  48. ↑ "FT 500 2013". Financial Times. 10 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2014.
  49. ↑ Culpan, Tim. "Chipzilla Got Toppled". Bloomberg Gadfly. 22 mart 2017. 22 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2017.
  50. ↑ Wu, Debby. "TSMC Pares Gains After $72 Billion Surge to Start the Week". Bloomberg. 28 iyul 2020. 17 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2021.
  51. ↑ "China War Risk Sees Taiwan's TSMC Moving Fabs to US, Japan". Asia Financial. 21 fevral 2022. 19 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2022.
  52. ↑ "TSMC plans to halt chip supplies to Huawei in 2 months". Nikkei Asian Review. 8 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2020.
  53. ↑ Frumusanu, Andrei. "TSMC Confirms Halt to Huawei Shipments In September". www.anandtech.com. 8 avqust 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2020.
  54. ↑ Wu, Debby; King, Ian. "TSMC Wins Approval From Phoenix for $12 Billion Chip Plant". Bloomberg. 19 noyabr 2020. 27 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2021.
  55. ↑ Vanek, Corina. "Taiwan Semiconductor's Phoenix plant likely three times larger than originally announced". Phoenix Business Journal. 2 mart 2021. 14 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2021.
  56. 1 2 3 Blanchard, Ben. "Taiwan finally getting BioNTech COVID vaccines in $350 mln deal". Reuters. 12 iyul 2021. 12 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021.
  57. ↑ Blanchard, Ben. "Pressure to accept China vaccines intensifies as Taiwan battles COVID surge". Reuters. 24 may 2021. 12 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021.
  58. 1 2 Hille, Kathrin. "TSMC and Foxconn join forces to secure vaccines for Taiwan". Financial Times. 11 iyul 2012. 10 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021.
  59. ↑ Zhong, Raymond. "Taiwan Wants German Vaccines. China May Be Standing in Its Way". The New York Times. 16 iyun 2021. 12 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021.
  60. ↑ Blanchard, Ben. "Taiwan finally getting BioNTech COVID vaccines in $350 mln deal". Reuters. 12 iyul 2021. 12 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021.
  61. ↑ Chang, Eric. "Taiwan's TSMC increases chip prices by up to 20% amid global shortage". Taiwan News. 26 avqust 2021. 29 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2021.
  62. ↑ "TSMC Celebrates the Opening of JASM in Kumamoto, Japan". Taiwan Semiconductor Manufacturing Company Limited. 24 fevral 2024. 16 fevral 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2025.
  63. ↑ "Denso to take stake in TSMC venture". Taipei Times. 16 fevral 2022. 22 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2023.
  64. ↑ "DENSO to Take Minority Stake in JASM". TSMC. 15 fevral 2022. 27 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2023.
  65. ↑ "TSMC to Expand New Japan Chip Factory, Denso Takes Stake". U.S. News & World Report. 15 fevral 2022. 22 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2023.
  66. ↑ Kharpal, Arjun. "World's largest chipmaker TSMC posts record profit allaying fears over semiconductor headwinds". CNBC. 14 iyul 2022. 14 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2022.
  67. ↑ Platt, Eric. "Warren Buffett's Berkshire Hathaway buys $4bn stake in chipmaker TSMC". Financial Times. 15 noyabr 2022. 10 dekabr 2022 tarixində arxivləşdirilib.
  68. ↑ Mandl, Carolina; S, Sittarasu. "Berkshire dumps shares in TSMC, banks; increases Apple stake". Reuters. 14 fevral 2023. 16 fevral 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2023.
  69. ↑ Stempel, Jonathan. "Buffett says geopolitics a factor in Berkshire sale of TSMC stake". Reuters. 11 aprel 2023. 12 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2023.
  70. ↑ "TSMC shares hit record high after Morgan Stanley lifts client Nvidia's price target on AI chip demand". CNBC. 15 fevral 2024. 23 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2024.
  71. ↑ "Archived copy". 3 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2024.
  72. ↑ Chen, Eliot; Berman, Noah. "TSMC's Huawei Headache". The Wire China. 31 oktyabr 2024. 1 noyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2024.
  73. ↑ "TSMC notifies US about use of its chip by Huawei". Taipei Times. 24 oktyabr 2024. 27 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2024.
  74. ↑ Alper, Alexandra. "US lawmaker demands answers on TSMC chip in Huawei device". Reuters. 23 oktyabr 2024. İstifadə tarixi: 23 oktyabr 2024.
  75. ↑ "Taiwan's TSMC and University of Tokyo open joint research lab". Taiwan News (ingilis). 13 iyun 2025. İstifadə tarixi: 29 iyun 2025.
  76. ↑ Lin, Judy. "TSMC–UTokyo Lab Powers Up Japan's Chip Ambitions". CommonWealth Magazine. 13 iyun 2025. 16 avqust 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2025.
  77. ↑ "快訊/涉台積電洩密案 日商TEL開盤大跌". ETtoday新聞雲 (çin). 7 avqust 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2025.
  78. ↑ "Will TSMC tech leak and Trump's demands threaten Taiwan's top chipmaker status?". South China Morning Post (ingilis). 6 avqust 2025. 7 avqust 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2025.
  79. ↑ Forlini, Emily. "3 Former TSMC Employees Arrested for Allegedly Stealing Trade Secrets". PCMag (ingilis). 5 avqust 2025. 6 avqust 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2025.
  80. ↑ "Taiwan arrests 6 in probe of TSMC chip technology leak". South China Morning Post (ingilis). 6 avqust 2025. 6 avqust 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2025.
  81. ↑ Butts, Dylan. "TSMC delivers another record quarter as profit jumps 35% fueled by robust AI chip demand". CNBC (ingilis). 15 yanvar 2026. 15 yanvar 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2026.
  82. ↑ "TSMC Debuts A13 Technology at 2026 North America Technology Symposium". Taiwan Semiconductor Manufacturing Company Limited (ingilis). 23 aprel 2026. 16 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2026.
  83. ↑ "TSMC plans to sell 152 million shares in chipmaker Vanguard". Reuters. 15 may 2026. İstifadə tarixi: 16 iyul 2026.
  84. ↑ Lee-1 Blanchard-2 Hung-3, Wen-Yee-1 Ben-2 Faith-3. "TSMC to invest another $100 billion in US as Q2 profit blows past forecasts". Reuters. 15 iyul 2026. İstifadə tarixi: 16 iyul 2026.
  85. ↑ "GLOBALFOUNDRIES Files Patent Infringement Lawsuits Against TSMC In the U.S. and Germany". GlobalFoundries. 26 avqust 2019. 17 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2021.
  86. ↑ "GLOBALFOUNDRIES v. TSMC et al Media Fact Sheet" (PDF). GlobalFoundries. 25 avqust 2019. 28 avqust 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 avqust 2019.
  87. ↑ "TSMC Files Complaints Against GlobalFoundries in U.S., Germany and Singapore for Infringement of 25 Patents to Affirm its Technology Leadership and to Protect Its Customers and Consumers Worldwide". TSMC. 1 oktyabr 2019. 2 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2019.
  88. ↑ "TSMC Files Complaints Against GlobalFoundries in U.S., Germany and Singapore for Infringement of 25 Patents to Affirm its Technology Leadership and to Protect Its Customers and Consumers Worldwide". TSMC. 1 oktyabr 2019. 2 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2019.
  89. ↑ "TSMC and GLOBALFOUNDRIES Announce Resolution of Global Disputes Through Broad Global Patent Cross-License". TSMC. 29 oktyabr 2019. 29 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
  90. ↑ "GLOBALFOUNDRIES and TSMC Announce Resolution of Global Disputes Through Broad Global Patent Cross-License". GlobalFoundries. 28 oktyabr 2019. 22 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2019.
  91. ↑ McGregor, Jim. "Globalfoundries Files Suit Against TSMC – The Outcome Could Have Broad Consequences". Forbes. 11 sentyabr 2019. 19 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 dekabr 2019.
  92. ↑ "TSMC counter-sues US chip rival GlobalFoundries for patent infringement". Reuters. 1 oktyabr 2019. 19 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 dekabr 2019.
  93. ↑ Kwan, Campbell. "TSMC accuses GlobalFoundries of infringing 25 patents for node processes". ZDNet. 2 oktyabr 2019. 9 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2020.
  94. ↑ "TSMC and GLOBALFOUNDRIES Announce Resolution of Global Disputes Through Broad Global Patent Cross-License". Taiwan Semiconductor Manufacturing Company Limited (ingilis). 29 oktyabr 2019. 16 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2026.