Tranas
Görünüş
| Şəhər | |
| Tranas | |
|---|---|
| Yay fəslində Tranas | |
| 58°01′55″ şm. e. 14°58′29″ ş. u.HGYO | |
| Ölkə | İsveç |
| Tabeliyində | Tranas bələdiyyəsi |
| Əyalət | Smolanda |
| Qraflıq | Yönçöpinq qraflığı |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 10,56 km² |
| Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
| Əhalisi | |
| Əhalisi | 14.197 nəfər (2010) |
| Sıxlığı | 1.345 nəfər/km² |
Tranas — İsveçin Yönçöpinq qraflığında, Tranas bələdiyyəsində yerləşən şəhər və bələdiyyənin inzibati mərkəzidir. 2010-cu ildə şəhərin əhalisi 14.197 nəfər olmuşdur.[1]
Ümumi məlumat
[redaktə | vikimətni redaktə et]Tranas Smolandanın şimalında, Sommen gölünün yaxınlığında yerləşir. Şəhərin əsas ticarət mərkəzi Storgatan küçəsi boyunca yerləşir. Şəhərin simvolu gerbində təsvir olunan durna quşudur.
Şəhərin iri işəgötürənləri arasında Strömsholmen, Pastejköket, OEM, EFG (European Furniture Group) və IVT şirkətləri vardır.
Stiga şirkəti 1934-cü ildə Stiq Helyumkvist tərəfindən Tranasda yaradılmışdır.[2]
2005-ci ildən etibarən şəhərin mərkəzi hissəsində avtobuslardan pulsuz istifadə etmək mümkündür.
Şəhərdə stolüstü tennis raketkaları istehsal edən iri Wood House müəssisəsi də yerləşir.[3]
Qardaş şəhər
[redaktə | vikimətni redaktə et]
Macarıstan Takşoni, Macarıstan (2025)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Tätorternas landareal, folkmängd och invånare per km2 2005 och 2010" (Swedish). Statistics Sweden. 14 dekabr 2011. 27 yanvar 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2012.
- ↑ "Huvudkontor och kontor i över 70 länder". 17 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2026.
- ↑ "Blades production | Yasaka". 31 oktyabr 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2026.