Cd (komanda)
| Cd | |
|---|---|
| |
cd (ing. Change Directory – Kataloq dəyiş) — Unix, FreeBSD, Linux, Windows və s. əməliyyat sistemlərində cari işlənilən qovluğu dəyişmək üçün istifadə olunan shell komandasıdır. Bəzi sistemlərdə chdir komandası olaraq da mövcuddur. [1][2][3][4][5]
Digər komandalardan fərqli olaraq cd ayrı proqram olaraq yox, shell proqramının içində yerləşən komanda olaraq tətbiq olunur.
Sintaksis
[redaktə | vikimətni redaktə et]cd kataloq_yolu
Cari işlənilən qovluğ kataloq_yolu ilə verilən kataloqa (qovluğa) dəyişdirilir.
Ümumi xüsusiyyətlər
[redaktə | vikimətni redaktə et]Sistemlərin bir çoxunda mövcud olan xüsusiyyətlər:
cd ..– Valideyn kataloqa (qovluğa) keçid edir.cd .– Cari işlənilən qovluq eyni qalır.
Unix və Powershell xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Unix bənzəri əməliyyat sistemlərinin shell proqramlarında (sh, bash, csh, və s.) və Powershell-də mövcud olan xüsusiyyətlər:
cd ~– İstifadəçinin ev qovluğuna keçid edir.cd ~istifadeci_adi– Başqa istifadəçinin ev qovluğuna keçid edir.cd -– Bir öncəki cari işlənilən qovluğa geri qayıdır.cd– Komanda heç bir argument olmadan işlədilərsə istifadəçinin ev qovluğuna keçid edir. (cdvəcd ~eynidir)
Nümunələr
[redaktə | vikimətni redaktə et]sekiller adlı qovluğa keçid edir.
$ cd sekiller
Unix, Powershell, və s. sistemlərdə istifadəçinin ev qovluğunda olan videolar kataloquna keçid edir.
$ cd ~/videolar
Bir üstə çıxaraq valideyn qovluğuna keçid edir. (Cari işlənilən qovluq "/home/user/" olarsa "/home/" qovluğuna keçid edir)
$ cd ..
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "cd - Microsoft Learn". learn.microsoft.com (ingilis). 19 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2026.
- ↑ "chdir - Microsoft Learn". learn.microsoft.com (ingilis). 13 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2026.
- ↑ "Shell Builtins - FreeBSD Manual Pages". The FreeBSD Project (ingilis). İstifadə tarixi: 1 oktyabr 2026.
- ↑ "cd(1p) POSIX command - Linux manual page". www.man7.org. 17 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2026.
- ↑ "Bourne Shell Builtins (Bash Reference Manual)". www.gnu.org. 2 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2026.