Məzmuna keç

Mkdir

Vikipediya, azad ensiklopediya

mkdir (ing. Make directory – Kataloq yarat) ― Unix, Linux,[1] FreeBSD,[2] DOS, OS/2, Microsoft Windows,[3] ReactOS və s. əməliyyat sistemlərində yeni kataloq (qovluq) yaratmaq üçün istifadə olunan komandadır. DOS, OS/2, Windows və ReactOS sistemlərində komanda çox vaxtı md olaraq yazılır.

mkdir
Tipi Komanda
Proqramlaşdırma dili C
Əməliyyat sistemi Unix, Unix bənzəri, Linux, FreeBSD, DOS, OS/2, Microsoft Windows, ReactOS
$ mkdir kataloq_adı

kataloq_adı adlı kataloq (qovluq) yaradır.

Həmçinin, Windows və Unix sistemlərində birdən çox kataloq adı sıralamaqla eyni komandayla bir neçə kataloq yaratmaq mümkündür.

Unix, Linux, FreeBSD və başqa Unix bənzəri sistemlərdə aşağıdakı komanda seçimləri mövcuddur.[2]

  • -p – Ehtiyac olarsa valideyn kataloqları yarat.
  • -m mode – Yeni kataloqu mode icazə modu (bitləri) ilə yarat.
  • -v – Yaradılan bütün kataloqların adını bir-bir ekrana çıxar.

scripts adlı kataloq (qovluq) yaradır.

$ mkdir scripts

sekiller, musiqi və videolar adlı 3 kataloq yaradır.

$ mkdir sekiller musiqi videolar

Həm math kataloqunu, həm də valideyn documents və books kataloqlarını yaradır.[2][3]

$ mkdir -p documents/books/math # Unix, Linux, FreeBSD və s.
$ mkdir documents/books/math # Windows, ReactOS

proqramlar kataloqunu 755 icazə modu (bitləri) ilə yaradır.[1][2]

$ mkdir -m 755 proqramlar # Unix, Linux, FreeBSD və s.
  1. 1 2 "mkdir(1) - Linux manual page". www.man7.org. 6 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.
  2. 1 2 3 4 "mkdir(1) - FreeBSD Manual Pages". man.freebsd.org. 28 iyun 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.
  3. 1 2 "mkdir". learn.microsoft.com (ingilis). 27 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.