Məzmuna keç

Edqar Keysi

Vikipediya, azad ensiklopediya
Edqar Keysi
ing. Edgar Cayce
Doğum tarixi 18 mart 1877(1877-03-18)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 yanvar 1945(1945-01-03)[1][2][…] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin-damar xəstəliyi[d]
Dəfn yeri
Fəaliyyəti ekstrasens, astroloq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edqar Keysi (18 mart 1877[1][2][…], Kentukki – 3 yanvar 1945[1][2][…], Virciniya Biç, Virciniya[3]) — ABŞ-li tanınmış medium.

Edqar Keysi 18 mart 1877-ci ildə Kentukki ştatında anadan olmuş, 3 yanvar 1945-ci ildə Virciniya Biç şəhərində vəfat etmişdir. O, hipnoz yolu ilə yatızdırılaraq trans halında olarkən etdiyi və qeydə alınmış “oxumalar” (readings) ilə tanınmışdır. Trans vəziyyətində olarkən etdiyi diaqnozlar zamanı, bəzi qeyri-adi halların müalicəsi üçün lazım olan dərmanların harada tapıla biləcəyini təsvir etmiş, həmçinin astrologiya, reinkarnasiya və Atlantida mövzusunda bəzi proqnozlar vermişdir.

Keysi hipnoz yuxusundan ayıldıqdan sonra dediklərini xatırlamırdı. Ondan, bu işi necə bacardığı soruşulduğu zaman, yaşayan istənilən insan beyninə qoşula bildiyini, həmin beyinlərdəki məlumatlardan istifadə edərək xəstələri diaqnoz edə və dərman tövsiyəsi edə bildiyini söyləyirdi. Bəzi iddialara görə, bu anlarda Keysidə fərqli bir şüur oyanır və bəşəriyyətdə mövcud bütün informasiyalardan, sanki bir kitabxanadakı məlumatlardan istifadə edirmiş kimi istifadə edirdi. Bu proses işıq sürəti ilə baş verirdi. Lakin Edqar Keysinin fenomenini bu gün də elmi yolla izah etmək mümkün deyildir.

Onun medyumluq qabiliyyəti və psixoloji gücləri çox kiçik yaşlarında olarkən üzə çıxmışdır. Uşaq ikən xəstələnərək komaya düşən Keysi, kənd həkiminin bütün səylərinə baxmayaraq ayılmamışdır. Bu vəziyyətdə ikən qəfildən danışmağa başlayaraq demişdir: “Kürəyimə bir beysbol topu dəymişdir. Xüsusi bir məlhəm hazırlayın və kürəyimin üstünə möhkəm basın. Tələsin, əks halda beyin qişasının zədələnmə ehtimalı vardır”. Daha sonra isə həmin məlhəmin hazırlanma formulunu demişdir. Ailəsi başqa çarə görmədiyi üçün deyilənləri yerinə yetirmiş və axşam saatlarına doğru qızdırması düşən Edqar növbəti gün ayağa qalxmışdır. Lakin o, komada olarkən dediklərini və məlhəmdə istifadə olunan bitkilərin çoxunu tanımırdı.

Keysi əvvəlcə əmisinin fermasında işləmiş, daha sonra isə Hopkinsvill kitabxanasında xidmətçi olmuşdur. Öz qabiliyyətindən istifadə etmək istəməyən Keysi kiçik bir fotoqrafiya atelyesi açmışdır. Uşaqlıq dostu Al Leyn iflic idi və ayağını sürüyərək gəzirdi. Onun israrlarına dayana bilməyən Keysi, hipnoz yuxusuna girməyə razılaşmışdır. Bu vəziyyətdə olarkən dostunun xəstəliyinin səbəblərini yazdırmışdır. Ayıldıqdan sonra yazdırdığı qeydlərin nə olduğunu başa düşməmiş və bunun sehrbazlıq olduğunu, dərmanları istifadə etməməsini tövsiyə etmişdir. Lakin səkkiz gün sonra Al Leynin sağalması xəbəri bütün şəhərdə yayılmış və insanlar Keysiyə müraciət etməyə başlamışdırlar. Əvvəlcə “yuxuda danışdığım üçün insanları sağalda bilmərəm” deyərək imtina etsə də, sonda müəyyən şərtlərlə bu seanslara razılıq vermişdir: xəstələri görməyəcək, pul almayacaq və yuxu seanslarında həkim iştirak edəcəkdi.

Hipnoz halında qoyduğu diaqnozlar o qədər dəqiq idi ki, bəzi həkimlər onun əslində həkim olduğunu, lakin fərqli yola yönəldiyini iddia edirdilər.

Bir dəfə bir dəmir yolu şirkətinin sahibi Ceyms Endryus Keysiyə müraciət etmişdir. Seans zamanı bir neçə dərman və adaçayı suyunun istifadə edilməli olduğunu söyləmişdi. Lakin formulu tapmaq mümkün olmamışdır. Qəzetlərdə bu haqda elan verilsə də heç bir nəticə əldə etmək mümkün olmamışdır. Təkrar seansların birində Keysi mürəkkəb formulu demişdir. Bu arada Endryus Parisli gənc bir həkimdən məktub almışdır. Məktubda yazılırdı ki, elanda adı çəkilən adaçayı suyunu atası ixtira etmiş, lakin 50 il ərzində heç vaxt onu hazırlamamışdır. Formul Keysinin dediyi ilə tam eyni idi.

Həkimlər sindikatının katibi Con Blekbörn bir komitə ilə bütün seansları izləmiş və axırda Keysiyə rəsmi konsilium aparmaq icazəsi vermişdir.

Onun səkkiz yaşlı oğlu oynayarkən maqnezium partlayışı baş verir. Həkimlər uşağın bir gözünü xilas etmək üçün digərini çıxarmağı təklif edirlər. Bunu qəbul etməyən Keysi, hipnoz halında olarkən hər iki gözə 15 gün ərzində tannin turşusu (tannik asit) ilə kompres tətbiq edilməsini söyləyir. Həkimlər bunun qeyri-mümkün olduğunu bildirsələr də, 15 gün sonra uşağın hər iki gözü sağalır.

Bir dəfə də o, yuxu seansı zamanı 4 resept yazdırmışdı, lakin bunların kimə aid olduğu bilinmirdi. Sonradan ona müraciət etmiş 4 xəstənin reseptini 48 saat əvvəlcədən yazdığı üzə çıxmışdır.

Başqa bir seansı zamanı isə “Codiron” adlı dərman təyin etmiş və istehsalçı firmanın ünvanını vermişdi. Ora zəng edildiyi zaman şirkət nümayəndələri təəccüblənərək “Bunu haradan bilirsiniz? Formulu indi tamamlamışıq və adını yenicə qoymuşuq” demişdirlər.

Keysi öz ölüm gününü və saatını əvvəlcədən bildirmişdi. O, sağalmaz xəstəliyə tutulduğunu başa düşmüş və “Saat 17:00-da tamamilə azad olacağam” demişdi. Xəstəliyini “başqa bir şey olmaq” kimi təsvir etmişdir. 3 yanvar 1945-ci ildə vəfat etdiyi zaman, arxasında 43 il ərzində yazılmış 14 min ətraflı stenoqrafiya qoymuşdu. Bu qeydlər arasında gələcəyə dair bəzi proqnozlar da mövcuddur.

Müasir dövrdə Edqar Keysinin izləyicisi olan çoxsaylı təşkilat və qruplar mövcuddur.

  1. 1 2 3 4 Edgar Cayce (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 3 4 James R. Lewis. Edgar Cayce. // Cayce, Edgar (18 March 1877–03 January 1945), psychic "reader" and influential figure in "alternative" medicine and spirituality. 29 noyabr 2017. DOI.
  3. 1 2 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 17 oktyabr 2026).

Əlavə ədəbiyyat siyahısı

[redaktə | vikimətni redaktə et]

Elmi nəşrlər

[redaktə | vikimətni redaktə et]

Tərəfdarlarının və izləyicilərinin nəşrləri

[redaktə | vikimətni redaktə et]

Digər nəşrlər

[redaktə | vikimətni redaktə et]
  • Кейси Эдгар. Моя жизнь провидца. М.: Эксмо. Пер. с англ. А. Н. Степановой. 2014. ISBN 9785699595167.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]